"Avronun da arxası hara getsə, yenə gedib dollara bağlanır"
21:33 08.06.2021
İqtisadiyyat
863
Rusiya Amerika kəşf etmək istəyir, amma mümkün deyil
Rusiya hökuməti ölkə iqtisadiyyatında olan bütün valyuta likvidliyini ABŞ dollarından avroya köçürmələri üçün təşviq edəcək. Bu barədə Rusiya Maliyyə Nazirliyinin Xarici məhdudiyyətlər üzrə nəzarət departamentinin direktoru Dmitri Timofeyev deyib. Onun sözlərinə görə, əsas hədəf Rusiyanı avrolaşdırılmış ölkəyə çevirmək və dolları avro ilə əvəzləməkdir. "Bu, likvidliyə, valyuta mübadiləsinə və s. aid olacaq. Lakin bunun üçün stimullar lazımdır və biz ona görə də təşviqlərin istifadəsi və inkişafı ilə bağlı təklifləri dəstəkləyirik. Onlar fərqli ola bilər, lakin bazar iqtisadiyyatı şəraitində olduğumuz üçün biz əmr verə bilmərik ki, dollar istifadə etməyi dayandırın", - deyə D. Timofeyev bildirib.
Nazirliyin rəsmisi onu da qeyd edib ki, Moskva birjasındakı valyuta mübadiləsində dolların payı 80 faiz, avronun payı isə payı 20 faizdən bir qədər azdır. Yuan və digər valyutalar isə likvid deyil.
İqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya hökumətinin ölkə iqtisadiyyatında olan bütün valyuta likvidliyini ABŞ dollarından avroya köçürməsi bir qədər çətin məsələdir. Çünki Rusiyanın Avropa ölkələriylə, ABŞ-la və dünyanın bütün digər ölkələri ilə qarşılıqlı iqtisadi, ticari əlaqələri var:
"Düzdür, Rusiya böyük iqtisadi potensiala malik ölkədir. Onun zəngin təbii resursları və qeyri-neft sektor sənayesi mövcuddur. Amma nəzərə alaq ki, Rusiya Avropa ölkələriylə, ABŞ-la və dünyanın bütün digər ölkələri ilə qarşılıqlı iqtisadi, ticari əlaqələrdədir. Əgər bunlar olmasa, Rusiyanın bu cür resurslara və iqtisadi potensiala malik olması heç bir formada realizə oluna bilməz. Düzdür, Rusiyanın dollardan tamamilə imtina etməsi, avroya keçməsi hardasa praktik olaraq mümkündür.
Amma biz nəzərə almalıyıq ki, avronun da arxası hara getsə, yenə gedib dollara bağlanır. Bundan başqa, avronun dollarla bağlılığı, yəni dollarla qarşılıqlı münasibətləri aspektləri mövcuddur. Bu nöqteyi-nəzərdən yenə də Rusiya rublu dolayı yolla da ABŞ valyutası ilə münasibətlərdə qarşılıqlı nisbət məsələlərinə gəlib çıxmalıdır. Buna görə də bu məsələ istər-istəməz mümkün deyil. Yəni məsələn, sən qazını Avropaya satırsan və onun müqabilində pulu avro ilə tələb edə bilərsən. Amma həmin avronun dəyərinin dünya valyutaları içərisində aparıcı mövqeyi müəyyən edən əsas amillərdən biri nədir?Təbii ki, onun ABŞ valyutasına olan münasibəti. Ona görə də hesab edirəm ki, bu cür fikirlərin ortaya atılması absurd xarakter daşıyır".
İqtisadçı əlavə edib ki, bu kimi fikirlər müxtəlif vaxtlarda siyasi intriqalardan, siyasi münasibətlərdəki gərginlik və sairdən doğaraq bir növ cığallıq kimi sadəcə ortaya atılır:
"Zamanla belə fikirlər ortalığa atılır. Amma konkret olaraq heç bir nəticə olmur. Nəyə görə? Çünki qlobal iqtisadiyyat elə bir formada bir-birilə elə əlaqəvi və bitkin mexanizm şəklində formalaşıb ki, onun hər hansı bir üzvünün əlahiddə Amerika kəşf etməsi mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya