Avropanın qaz dərdi var
Yusif Nəzərli
22:14 31.01.2022
İqtisadiyyat
557
Rusiya-Ukrayna gərginliyi fonunda Avropa özü Azərbaycana yaxınlaşmağa çalışır
Avropa İttifaqı Rusiya ilə problemlər fonunda Azərbaycandan qaz tədarükünü artırmaq istəyini təsdiqləyib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell deyib ki, diplomatiyanın uğursuz olacağı, Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə ABŞ, Qətər və Azərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirirlər. Ekspertlərə görə, Moskva Avropaya qarşı qaz rıçağından istifadə etsə də, tədarükü dayandırması ehtimalı azdır. Qaz bazarından pul qazanırlar, qaz rıçağından Avropanı itirmək yox, “ələ keçirmək” üçün istifadə edirlər.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun bu həftə Vaşinqton və Bakıda qaz tədarükünün artırılması ilə bağlı müzakirələr aparacağı gözlənilir. Əlbəttə, bizim üçün vacib olan məqam rəsmi Bakının qazana biləcəkləridir. Birincisi, Azərbaycan qazı Avropa bazarında həcm baxımdan rus qazına tam alternativ olmasa da, mövcud situasiya Bakıya qaz ixracını artırmağa imkan verir. İkincisi, Avropada Bakının siyasi əhəmiyyəti artır. Bu, Moskva üçün də keçərlidir. Baş verənlər “qaz müharibəsi”nin yenidən aktuallaşması və növbəti qışa qədər daha da kəskinləşməsi riskini gündəmə gətirir.
İqtisadçı Pərviz Heydərov “Şərq”ə deyib ki, Azərbaycan qazının həcminin Avropa bazarı üçün xeyli az olmasına baxmayaraq, siyasi-iqtisadi baxımdan çox əhəmiyyətlidir. Ekspertə görə, Cənub Qaz Dəhlizi Avropa üçün böyük əhəmiyyət kəsb edir:
“Avropa uzun müddətdir Rusiyanın enerji asılılığından xilas olmağa çalışır. Şaxələndirilmiş idxal imkanlarına malik olmağa cəhd edir. Bunun ən gözəl əyani nümunəsini Azərbaycan dövləti ortaya qoyub. Cənub Qaz Dəhlizi ideyası Azərbaycana məxsusdur. Layihənin reallaşmasına Avropa loyal yanaşmadı və dəstək vermədi. Nəticədə dəhlizin reallaşmasının bütün yükü ideya müəllifi kimi Azərbaycanın üzərinə düşdü. TAP və TANAP-ın reallaşmasında Azərbaycan maddi cəhətdən çox əziyyət çəkdi. Amma layihə hazır olandan sonra ABŞ və Avropa bunu yüksək qiymətləndirməyə başladılar. İndi TAP-la daha çox maraqlanırlar.
Avropa Qətərdən də qaz almağa çalışır. Lakin TAP onlar üçün göydəndüşmə nemətdir. O baxımdan Avropa ölkələri Azərbaycan qazının həcmini düşünmür. Sadəcə, Rusiyadan asılılığı azaltmaq və Azərbaycan üzərindən Orta Asiya resurslarına çıxış əldə etmək niyyəti güdürlər.
Rusiya-Ukrayna gərginliyi fonunda Avropa özü Azərbaycana yaxınlaşmağa çalışır. Yaxın gələcəkdə transxəzər boru kəmərinin reallaşması üzərində böyük işlərə başlanacaq. Burada əsas hədəf Orta Asiya qaz resurslarının Rusiya vasitəsi ilə yox, Xəzər dənizi yolu ilə Avropaya daşınmasına nail olmaqdır. Bu isə əhəmiyyətli dərəcədə Avropanın Rusiyadan asılılığını azaldacaq”.
P.Heydərovun fikrincə, Azərbaycan regional layihələrdə daha çox strateji məqsədlər güdür:
“Cənub Qaz Dəhlizinin də maddi yükünü təkbaşına çəkməsinin mahiyyəti o idi ki, Azərbaycan enerji dəhlizləri üzərində önəmli tranzit ölkəsi rolunu oynasın. Təbii ki, burada ölkəmiz önəmli miqyasda maddi mənfəət də əldə edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq