AYİB Azərbaycan üzrə investisiya portfelini bir ayda 134 mln. avro artırıb
Yusif Sultanoğlu
06:01 22.11.2023
İqtisadiyyat
655
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il oktyabrın 31-nə 948 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 16,5% və ya 134 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.
Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 90%-ni (855 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (66 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (28 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,7% azalaraq 714 mln. avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,751 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,5 %-i (3,133 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm