
AZAL-da inhisarçılıq! - Qiymətlər "uçuşa qalxıb"
Yusif Nəzərli
18:00 26.08.2022
İqtisadiyyat
725
Fuad İbrahimov: "Qiymətin bahalığı ölkəyə gələn turistlərin də sayını azaldaraq turizmə ciddi ziyan vurdu"
Azərbaycan koronavirus pandemiyası səbəbindən 2 ildən çoxdur quru sərhədlərini bağlayıb. Ölkəyə giriş-çıxış edənlər isə məcbur hava yollarından istifadə edirlər. “Azərbaycan Hava Yolları”nda (AZAL) aviabiletlər müqayisədə hədsiz bahadır. Yəni bu qiymətlər vətəndaşların cibinə uyğun deyil. Artıq sentyabr ayına az qalıb. Minlərlə xaricdə təhsil alan tələbə məcburən hava nəqliyyatından istifadə edəcək. AZAL isə qiymətləri günü-gündən artırır. Məsələn, Bakı-İstanbul reysinə bilet 1322 manata təklif olunur.
AZAL-ın inhisarçılıqla məşğul olduğunu deyən iqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, biletlərin baha olması əhali ilə yanaşı turizmin inkişafına da təsir edir:

“Ölkədəki digər aviaşirkətlər də uçuşları AZAL-la sövdələşmiş şəkildə həyata keçirir. Digər tərəfdən Azərbaycanda lokosterlər yoxdur. "Buta" şirkətindəki qiymətlər isə digərlərindən fərqlənmir. Buna iqtisadi münasibətlərdə birinci dərəcəli qiymət diskriminasiyası deyilir. Onlar bilirlər ki, digər alternativ yollar qapalıdır. Xaricə gediş isə labüddür və buna ehtiyac var. Ona görə də inhisarçılıq edərək qiymətləri qaldırırlar. Ölkədən kənara gedənlər də məcburən bu qiymətə uçuş edirlər. Ölkə rəhbərliyinin təşəbbüsü ilə İnvestisiya Holdinqi yaradıldı. Bu holdinq qiymətlərin elastikliyinə və sağlam rəqabət mühitinə nəzarət üçün yaradılmışdı. Təəssüf ki, bu da AZAL-a heç bir dəyişiklik gətirmədi. Əksinə, sabotajları daha da artdı. Qiymətin bahalığı ölkəyə gələn turistlərin də sayını azaldaraq turizmə ciddi ziyan vurdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil