AZAL-ın inhisarı: Baha bilet, sərnişinsiz təyyarələr və... - NARAZILIQ
12:23 04.12.2019
İqtisadiyyat
1254
Əhalinin narazılığına səbəb olan əsas məsələlərdən biri də ölkəmizdə təyyarə biletlərinin qiymətinin baha olmasıdır. Hava nəqliyyatından istifadə edən vətəndaşlar bildirirlər ki, qonşu ölkələrlə müqayisədə, bilet qiyməti Azərbaycanda iki dəfə bahadır. Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyəti (AZAL) isə bu narazılıqlarla bağlı kankret açıqlama vermir.
Xarici hava nəqliyyatı şirkətlərinin fəaliyyətinə süni əngəllər yaradıldığı iddiaları da zaman-zaman səsləndirilir. Qeyd olunur ki, AZAL xarici ölkələrin ucuz daşımaçılıq fəaliyyəti göstərən şirkətlərini ölkəyə buraxmayaraq inhisarçılıq fəaliyyəti ilə məşğuldur. Məlumatlara görə Türk Hava Yollarının müxtəlif endirim kampaniyalarına da, AZAL imkan vermir.
Azərbaycanda ekonom uçuşu "Buta Airways" həyata keçirir ki, bundan da narazılıq böyükdür. Şirkətin sərnişindaşımanı keyfiyyətsiz həyata keçirməklə yanaşı heç də qiymətlərinin ucuz olmadığı söylənilir.
İqtisadçı ekspert Qadir İbrahimli bu yaxınlarda Türkiyədən AZAL-ın təyyarəsində Bakıya gəldiyini, salonda 5-10 sərnişin olduğunu qeyd edib. O, bildirib ki, qiymətlər baha olduğundan, sərnişinlər istifadə etmirlər.
Belə təkliflər var ki, təyyarə boş reys etməkdənsə, qiymətlər münasibləşdirilsin, insanlar qonşu Gürcüstan üzərindən xaricə səfər etməsinlər. Qiymət ucuz olanda rentabellik yüksək olur, pul Gürcüstan Hava Yollarına deyil, AZAL-a, dolayısı ilə ölkəmizə qalır.
Şikayətlərlə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənlinin mövqeyini öyrənməyə çalışdıq. Amma davamlı zənglərimizə baxmayaraq, Paşa müəllim dəstəyi qaldırmadı.
Məsələ ilə bağlı fikirlərini Sherg.az-la bölüşən iqtisadçı ekspert Pərviz Heydərov dedi ki, mövcud duruma təsir edən bir neçə amil var:
“Təkcə nəqliyyat sahəsində yox, istənilən sektorda qiyməti müəyyənləşdirəndə tələb-təklif qaydasını nəzərə almaq lazımdır. Bunun üçün isə mütləq rəqabət olmalıdır. Əgər bir sektorda heç olmasa iki-üç alternativ yoxdursa, təbii ki, qiymət yuxarı olacaq. Alternativlərin sayı çoxaldıqca onlar bir-birləri ilə rəqabətə başlayacaq. Nəticədə müxtəlif vasitələrdən istifadə edərək münasib qiymətlə daha çox sərnişini cəlb etməyə maraq göstərəcəklər. Bu gün Azərbaycanda iki aviaşirkət var. Ancaq "Buta"-nın fəaliyyəti aşağı səviyyədədir. Yəni faktiki olaraq meydanda ancaq AZAL-dır. Ona görə də heç olmasa xarici şirkətlərin daxili bazara girməsinə imkan vermək lazımdır ki, rəqabət yaransın”.
Heydərov bildirdi ki, özəl aviaşirkətlərin yaradılması da məqsədəuyğundur:
"Bu, qiymətlərin stabilləşməsi baxımından mühüm əhəmiyyətə malik ola bilər. Bildiyiniz kimi, AZAL hazırda Qapalı Səhmdar Cəmiyyətidir. Ancaq nəinki sərnişindaşıma, eləcə də bütün yükdaşıma şirkətləri Açıq Səhmdar Cəmiyyəti olmalı, özəlləşməlidirlər. Gərək bu şirkətlərdə dövlətin payı minimuma endirilsin. Əlbəttə, bu, çətindir, böyük vəsait tələb edir. Lakin mümkündür. Mümkün olduğu qədər də vacibdir”.
Bu istiqamətdə özəlləşmənin rolundan danışan Pərviz Heydərov qeyd etdi ki, bu, həm də AZAL-ın yüksək imici ilə bağlıdır:
“Müşahidələr göstərir ki, sərnişinlər bu aviaşirkətdən razıdırlar. Çünki AZAl-ın təyyarələrində qəza hallarına da demək olar ki, rast gəlinmir. AZAL-ın elə təyyarələri var ki, onlardan heç biri MDB ölkəsində yoxdur. Sözsüz ki, belə bir kampaniyanının özəlləşdirilməsi şirkətin özü baxımından faydalı olması ilə yanaşı, həm də qiymətlərin sabitləşməsinə, gələcəkdə dövlətə daha çox xeyir verilməsinə müsbət təsir göstərəcək”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm