Azərbaycana xaricdən pul köçürmələri 20%-dən çox azalıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 484.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 158.7 milyon manata bərabər olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 20.3% və ya 123.2 milyon manat, banklardan xaricə köçürmələr isə 8.3% və ya 14.4 milyon manat azalıb.


Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 607.5 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 173.1 milyon manat təşkil edib.