Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşacaq
Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşacaq
11:37 07.03.2024
İqtisadiyyat
723
Bu ilin fevralın 1-dən Azərbaycana idxal edilən avtomobillərə utilizasiya haqlarının tətbiqi həmin avtomobillərin xərclərinə təsir göstərir və maya dəyərində artımlarla müşahidə olunur.
Bu barədə Milli.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, monitorinqlər göstərir ki, utilizasiya haqlarının avtomobil bazarına təsirləri artıq özünü göstərir.
"Düzdür, çox ciddi təsirləri müşahidə olunumur, amma idxal olunan avtomobillərin maya dəyəri artdığı üçün həmin avtomobillərin satış qiymətində də artımlar var. Hələlik artımlar yüksək deyil, ancaq müşahidə olunur. İdxal olunan avtomobillərin sayı artdıqca, biz daha çox qiymət artımları müşahidə edə bilərik", - deyə V.Bayramov əlavə edib.
Qeyd edək ki, Prezidentin 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə Qaydaları təsdiq edilib.
Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək. Azərbaycana idxal edilən avtomobilin istehsal ili 4 ildən 7 ilə qədər olduqda utlizasiya rüsumu 400 manat, 7 il və daha çox olduqda isə 700 manat təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial