Azərbaycanda bu maşınların qiyməti kəskin artacaq
12:35 01.12.2019
İqtisadiyyat
480
Gömrük Komitəsinin yaydığı məlumata gör, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub.
Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək?
Mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert Gömrük Komitəsi tərəfindən atılan addımların avtomobil parkının yenilənməsinə imkan vermədiyini vurğulayıb:
“Gömrük rüsumlarının artırılması ilə bağlı məsələ 2017-ci ildən qüvvəyə minən kimi qiymət artımı başladı. Bundan əvvəl isə 2015-ci ildə məlum devalvasiya ilə əlaqədar avtomobillərin qiymətində fantastik dərəcədə artım oldu. 2017-ci ildən isə hər il qiymətlər artaraq kəskin bahalaşıb. Ona görə də təklif etmişik ki, rüsumlar heç olmasa 2017-ci ildəki vəziyyətə qayıtsın. Həmçinin elektromobil və hibrid avtomobillər üçün də, əksər ölkələrdə olduğu kimi güzəşt tətbiq olunsun. Ancaq Gömrük Komitəsi bütün cəmiyyətin tam əksinə addımlar atır, avtomobil parkının yenilənməsinə imkan vermir”.
Elməddin Muradlı görülən işlərin avtomobil bazarına ziyan vuracağını və qiymətlərin artacağını bildirib:
“Keçirilən son mətbuat konfransı və tədbirlər də bunu deməyə əsas verir. Komitə özü də görür ki, rüsumlar baha olduğundan insanlar Gürcüstan və Rusiyadan işlənmiş maşınlar gətirir. Onları da qeydiyyatdan keçirmədən ölkədə sürürlər. Buna görə də komitə 1 il ölkədə qala bilməzsiniz, 3 aydan artıq qalmaq olmaz, qalırsınızsa vizanın müddətini göstərin və.s kimi yollarla mane olmağa çalışır. Bu açıqlamalardan belə başa düşdüm ki, onlar hər üsulla insanları məcbur edir ki, gəlib qeydiyyatdan keçsinlər. Səmimi olaraq deyirəm ki, komitənin əsas istəyi ekologiyanın, insan sağlamlığının qorunması deyil, rüsumların artması və insanların daha çox müraciət etməsidir. Əgər komitə ekologiyanın qayğısına qalan olsaydı Gürcüstan və İran kimi hibrid və elektromobillərin idxalına güzəştlər edərdi. Ancaq görülən bütün işlər əksinədir. Məhz bunlara görə də sözsüz ki, gələn ildən avtomobillərin qiyməti artacaq. Artıq indidən bu istiqamətdə müəyyən addımlar atılmasının da şahidi oluruq”.
Həmsöhbətimiz, insanların xeyrinə təkliflər verilməsinin vacibliyini qeyd edib:
“Komitə rəhbərliyi deyir ki, biz qərar qəbul etmirik, ancaq hökumətin verdiyi qərarları icra edirik. Ardınca da deyirlər ki, təklifləri özümüz veririk. Guya hökumətdə bu qərarları müzakirə edənlər alim, professordu? İnsanların xeyrinə təkliflər verilməsi daha doğru olar. Nəyə görə, hansısa gürcü balası 2000 manata aldığı avtomobili azərbaycanlıya 3000 manata satsın?! Elə şərait yaradılsın ki, azərbaycanlı özü gedib 2000 manata maşını xaricdən alıb gətirib sürsün. Başqa vaxt bəh-bəhlə deyirlər ki, Azərbaycan ticarət dəhlizinin üstündə oturub, Böyük İpək yolu belə gəldi və.s. Amma maşın bazarı baxımdan Gürcüstandan asılıyıq. Hamısının səbəbkarı Gömrük Komitəsidir. Xaricdən iki çanta ilə ölkəyə girəndə gömrükdə səni dünyaya gəldiyinə peşman edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət