Azərbaycanda illik inflyasiyanın dərəcəsi açıqlandı

2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106.5 faiz, qeyri-qida məhsulları üzrə 102.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107.5 faiz təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.6 faiz təşkil edib.