Azərbaycanda vergi mədəniyyəti hələ formalaşmayıb
Yusif Nəzərli
23:30 08.08.2022
İqtisadiyyat
511
Xalqdan qazanırlar, amma xalqa qaytarmırlar
İqtisadçı: "Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib"
“Azərbaycanda vergi mədəniyyətinin formalaşması istənilən səviyyədə deyil. Türkiyə ilə müqayisədə ölkədə vergi rüsumlarının yığılması və xərclənməsi ilə bağlı açıqlama səthi xarakter daşıyır. Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspertin sözlərinə görə, ərəb xilafəti dövründən bizdə xüms, zəkat və sair vergi növləri var idi. Əslində, bu, vergi mədəniyyətini də özündə əks etdirir. Baxmayaraq ki, bizdə dini baxımdan formalaşan vergi mədəniyyəti könüllülük prinsipi daşıyır. Təəssüf ki, bu yanaşma qanunvericiliklə bağlı məqamlara sirayət etməyib. Yəni vergi verməyən şəxs ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmir. Amma Avropada bu mədəniyyət formalaşdığı üçün orada bir çox vətəndaş vergi ödəməyi özlərinə borc bilir.
İqtisadçının fikrincə, Avropada əmək haqları, pensiya təminatı, sosial müdafiə, ölkənin iqtisadi baxımdan inkişafı vergi prinsipi üzərində qurulub. Bizdə isə belə deyil:
“Neft sektoru büdcəni formalaşdıran amildir. Bu baxımdan da, əhalidə fikir formalaşıb ki, əgər neftdən pul gəlirsə, o halda vergi ödəməyə ehtiyac yoxdur. Belə düşüncə müğənnilərə də aiddir. Müğənnilər özləri açıqlayır ki, toyda 1 saat oxumaq üçün 15 min manat alırlar. Vergi məsələsini soruşduqda, deyir, ödəmirəm, çünki köməkçilərim var, qazancım onların xərclərinə gedir. Yaxud toya yoxlama gələndə qeyd edir ki, dostunun toyuna gəlib, gəliri yoxdur, “bir-iki ağız” oxuyub gedəcək. Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib”.
Ekspert deyib ki, müğənni şadlıq sarayı ilə müqavilə bağlamır, toy yiyəsi ilə razılaşıb gəlir:
“Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi. Çünki belə halda onlar da vergi ödəyicisi siyahısına düşəcəklər. Bütün proseslər bir-birinə zəncirvari bağlıdır.
Türkiyədə müğənni fəxr edir ki, vergi ödəyirəm, ölkəmə xeyir verirəm. Hətta sənətə yeni başlayanlar da bu addımları ilə nümunə olurlar. Azərbaycanda vergi qanunvericiliyi sərtdir, amma yayınmalar daha çoxdur.
Demək, sərtlik işə yaramır. Bu məsələdə vətənə, xalqa sevgi olmalıdır. Bizdə vergi təbliğatının əsas göstəricisi müğənnilər olmalıdır, çünki onlar xalqdan qazanırlar. Amma qazandıqlarından xalqa qaytarmaq istədiklərini görmürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm