"Azərbaycanın hərbi qüdrəti günbəgün artır"-Polkovnik
Yusif Nəzərli
16:08 14.01.2020
İqtisadiyyat
1048
Şair Ramaldanov:“Azərbaycan ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır”
“Beynəlxalq qurumların silahlanma ilə bağlı bütün statistik məlumatlarında da qəbul olunub ki, Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir”.
Bu sözləri “Sherg.az”a ehtiyatda olan polkovnik Şair Ramaldanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi “2019-cu ildə Azərbaycanın hərbi potensialı daha da gücləndi” fikrinə münasibət bildirərkən deyib.
O, diqqətə çatdırıb ki, Azərbaycan ordusu silahlanmaya və yüksək peşəkarlığa görə güclü ordular sırasındadır:
“İndiki məqamda ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir. Azərbaycan ordusunun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb. Ölkəmizin imkanları genişdir. Bu ilk növbədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub. Ordumuzun kadr potensialı da demək olar ki, postsovet ölkələri arasında birincilər sırasındadır. Ordumuzun zabitləri bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. Bu gün hərbçilərimiz NATO-nun, eləcə də inkişaf etmiş ölkələrin çoxsaylı tədbirlərinə qatılır və yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan hərbçiləri qardaş Türkiyə kimi böyük dövlətin NATO-nun tərkibindəki hərbçiləri ilə birgə fəaliyyət göstərmələri hərbi qulluqçularımızın, mütəxəssislərin peşəkarlığını nümayiş etdirir. Bunların hamısı Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsidir”.
“Döyüş hazırlığını daim artıran Azərbaycan ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstündür”
Silahlı Qüvvələrimizin rəhbərliyinin daim cəbhə bölgəsində olduğunu, cəbhəyanı bölgədə böyük işlərin görüldüyünü söyləyən polkovnik qeyd edib ki, yeni hərbi obyektlər açılır, əsgərlərin, zabitlkərin sosial vəziyyəti yaxşılaşdırılır, döyüş hazırlığı təkmilləşdirilir:
“Döyüş hazırlığının keyfiyyətini yüksəltmək üçün lazım olan infrastruktur yaradılır. Azərbaycan Ordusu yüksək səviyyədə genişmiqyaslı təlimlər keçirir. Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun təlimlərdə tətbiq etdiyi silahları bütün dünya görür. Azərbaycan Ordusunun irimiqyaslı təlimlərini görən Ermənistan rəhbərliyi vahiməyə düşür və dərhal hər yana səs salır ki, Azərbaycan silahlanır. Onlar bundan da dividend qazanmaq istəyirlər və dilənçilər kimi, öz diasporlarına, havadarlarına müraciət edirlər ki, bizə silah verin, kömək edin. İndiki halda Azərbaycan əsgərinin bir məqsədi və müqəddəs vəzifəsi var - torpaqlarımızı işğaldan azad etmək. Döyüş hazırlığını daim artıran Azərbaycan ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstündür.
Azərbaycan Ordusu ölkəmizin bugünkü iqtisadi imkanlarının güzgüsüdür. Azərbaycan iqtisadiyyatı nə qədər güclənirsə, imkanları nə qədər genişlənirsə, qeyri-neft sektoru inkişaf edərsə, ordumuzun imkanları da bir o qədər artar. Hazırda dövlətimizin istənilən silahı almağa imkanı var”.
Ekspert onu da əlavə edib ki, Azərbaycanın aldığı hərbi texnika müasirliyi ilə seçilir, hərbi paradlarda nümayiş etdirilir və təlimlərdə tətbiq olunur. Bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır:
“Son illərdə ordumuzun arsenalı Т-90S tankı, PDM-3, ZTR-82A, 152 mm-lik “Msta-S”özüyeriyən artilleriya qurğusu, 220 mm-lik ТОС-1A “Solntsepyok” ağır odsaçan sistemi, XRİZANTEMA-S özüyeriyən tank əleyhinə kompleksi, 120 mm-lik 2 S31 “Vena” özüyeriyən artilleriya qurğusu, OSA-1T zenit raket kompleksi, yüksək mobilliyi ilə seçilən BUK-МB zenit-raket kompleksi, S-300 FAVORİT çoxkanallı universal mobil zenit raket sistemi, 152-mm 2A36 “Geasint” yedəklənən toplar ilə zənginləşib. Azərbaycanın hərbi gücünün, ordumuzun isə döyüş qabiliyyətinin gündən günə artdığını müdafiə və təhlükəsizlik sahəsində ixtisaslaşan nüfuzlu beynəlxalq təşkilatlar, hətta düşmənlərimiz də təsdiqləyir. Verilən son statistik məlumatlara görə ordumuz 130 dövlətin silahlı qüvvələri arasında 50 parametrə görə 52-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanda orduya, ordu qurulucuğuna göstərilən diqqətin nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya