Azərbaycanın yeni xərc maddəsi yaranacaq - AÇIQLAMA
22:09 16.05.2024
İqtisadiyyat
731
Neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır
"Bu il Azərbaycan Respublikası Dövlət Neft Fonduna neftin satışından gələn gəlirlər təqribən 5 milyard dollar təşkil edəcək". Bunu iqtisadçı İlham Şaban deyib.Ekspert bildirib ki, son 17 ildə "AzəriÇıraq-Günəşli"dən dövlətin mənfəət şəklində əldə etdiyi ən aşağı qazanc 2020-ci ildə - 3,52 mlrd. dollar olub: "Amma 2022-ci ildə neftin gətirdiyi mənfəət demək olar ki, 10 mlrd. dollar idi. Ötən il 6 mlrd. dollardan bir qədər çox olmuşdu. Yəni biz onu müşahidə edirik ki, mənfəət neftinin dəyəri son 5 ildə qeyri-stabildir və azalmağa meyillidir. Çünki qlobal bazarlar təlatümlü dövrünü yaşayır. Bəs növbəti 5 ildə necə olacaq? Təbii ki, azalacaq, çünki hasilat azalır. Nə qədər qazana biləcəyimiz isə dünya bazarındakı qiymətlərdən asılı olacaq. Əgər neftin orta qiyməti hər ixrac etdiyimiz barel üçün 70 dollardan az olmayacaqsa, onda ilinə orta hesabla 3,5-4 mlrd. dollar qazanmaq şansımız var. Azərbaycan ötən ildən özünün emal zavodunun ehtiyaclarını ödəmək üçün xam neft idxal etməyə başlayıb. Həcmlər hələ kiçikdir, amma ildən ilə artacaq. “Azneft”in nefti 2025-ci ildən sonra yaxın beşillikdə təqribən 2 mln ton azala bilər, yataqların çıxarıla biləcək ehtiyatları get-gedə azalır. Demək, Azərbaycanın yeni xərc maddəsi də yaranacaq - xam neftin idxalı üçün çəkilən xərclər. Buna görə də neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya