"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib
Yusif Nəzərli
07:40 07.02.2025
İqtisadiyyat
571
“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair brifinq keçirib.
"APA-Economics" xəbər verir ki, brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.
O qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən, rəqəmsal həllər sahəsində də inkişaf etməyi hədəfləyən “Azərpoçt” 2024-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərək istifadəyə verib.
Belə ki, qurum 2024-cü ildə fiziki şəxslər üçün “AzPostMobile” tətbiqini, hüquqi şəxslər üçün İnternet bankçılıq xidmətini, kiçik və orta sahibkarlar üçün isə “Mobil POS” xidmətini istifadəyə verib. Sadalanan rəqəmsal həllər öz istifadəçilərinin işini onlayn şəkildə sürətli və rahat icra etməyə imkan yaratmaqla yanaşı, xidmətin keyfiyyətinin də yüksəlməsinə səbəb olur.
Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edib ki, 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mütəmadi olaraq yenidənqurma işləri aparılır. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətləri təqdim olunub. 2023-cü ildə Xankəndi Poçt Filialının yaradılması, 2024-cü ildə isə tam istifadəyə verilməsi başa çatıb. Bu yaxınlarda isə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin daxilində AZ5800 indeksli Şuşa Poçt Filialı istifadəyə verilib.
Maliyyə göstəriciləri barədə məlumat verən İ.Mustafayev bildirib ki, qurumun 2024-cü il üzrə illik gəliri 73.5 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 2% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.5 milyon manat, EBİTDA isə 9.9 milyon manat olub. Artıq son 3 ildir ki, cəmiyyət ili xalis mənfəətlə başa vurur və maliyyə dayanıqlılığını təmin edir.
Qurum rəhbəri “Azərpoçt”un 2024-cü ildə beynəlxalq əməkdaşlıqlara da xüsusi önəm verdiyini qeyd edib. Belə ki, “Azərpoçt” təcrübə mübadiləsi və inkişaf etmək məqsədilə bir sıra beynəlxalq və regional müstəvilərdə işgüzar görüş və forumlarda iştirak edib, beynəlxalq filateliya sərgilərində təmsil olunub. Bu yaxınlarda Bakıda Ümumdünya Poçt İttifaqı tərəfindən keçirilən Avropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Qabaqcıl Elektron Məlumatlar üzrə tədbirin təşəbbüskarı kimi çıxış edən “Azərpoçt” may ayında Bakıda keçiriləcək növbəti qlobal miqyaslı poçt sektorunda “Liderlərin görüşü” tədbiri haqqında da anons verib.
Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri “Azərpoçt” tərəfindən son 3 ildə başladılmış yenilənmə proseslərinin, eləcə də yaradılmış yeni xidmətlərin təkmilləşmə işlərinin bundan sonra da davam etdiriləcəyini, eləcə də 2026 – 2030-cu illər üzrə yeni inkişaf strategiyasının hazırlanacağını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya