Bakı-Tbilisi-Qars kimi layihələr Azərbaycanı regional nəqliyyat dəhlizinə çevirib
Yusif Nəzərli
11:10 14.11.2019
İqtisadiyyat
656
«Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir».
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən deyib.
Ölkə başçısı qeyd edib ki, eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik:
«Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir».
İqtisadçı-ekspert Pərviz Heydərov da «Sherg.az»a bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından maksimum yararlanmaq lazımdır:
"Proses artıq başlayıb. Bu dəmir yolu xəttinin çəkilişi uzun vaxt apardı. Həmçinin çox investisiya tələb edən bir layihə idi. Azərbaycan bu məsələdə öz mövqeyini ortalığa qoydu və geri çəkilmədi. Nəhayət ki, layihə reallaşdı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iqtisadi gəlirliyi aydındır. Bu xətt vasitəsi ilə sərnişindaşıma əvvəlcədən planlaşdırılan bir məsələ idi və diqqətdə saxlanılırdı. Çünki bu dəmir yolu xətti ilə sərnişindaşıma qatar turizminin və bütövlükdə turizm sektorunun inkişafına böyük dəstək olacaq. Çünki qatar turizmi turistlər üçün alternativ bir yol tətbiq edir. Bu, sərnişindaşımadan əlavə gəlir əldə etmək baxımından bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bu nəqliyyat qovşağı yükdaşımadan əldə olunan gəlirlərdən əlavə, yaxın və orta müddətli dövr ərzində sərnişindaşıma sahəsində də gəlirli layihə kimi özünü doğrulda biləcək.
Bakı-Tbilisi-Qars bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu kimi layihələrin fonunda regional nəqliyyat dəhlizinə çevrilib. Sərnişindaşıma vasitəsi ilə gələcəkdə ölkəyə daha çox valyuta daxil olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm