Bakıda INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir
Yusif Nəzərli
05:50 05.06.2024
İqtisadiyyat
475
Bakıda Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.
“APA-Economics” xəbər verir ki, “Dövlət Borcunun qlobal çağırışlarına cavab” mövzusuna həsr olunan tədbirdə 27 ölkənin ali audit orqanı, həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı və UNCTAD təşkilatından olan ekspertlər iştirak edir.
Qeyd edək ki, toplantı zamanı beynəlxalq AAO ictimaiyyəti tərəfindən “Dövlət borcu və iqlim dəyişikliyi: seçilmiş hüquqi məsələlər”, “Borc İdarəetmə İslahatlarının Koordinasiyası və Nəzarət”, “Borc dayanıqlığı və borc dayanıqlığının qiymətləndirilməsi üzrə müxtəlif metodologiyalar haqqında anlayış”, “Dövlət borcunun dayanıqlığı və risklərin idarə edilməsi”, “Dövlət borcunun auditində AAO-ların rolu və çağırışlar” və s. mövzular ətrafında təqdimatların edilməsi, müvafiq mövzular üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, İşçi qrup dövlət borcunun düzgün idarə edilməsini və müvafiq sahədə hesabatlılığının gücləndirilməsini təşviq etmək məqsədilə ali audit orqanları üçün təlimat və digər informativ materiallar hazırlanması işini həyata keçirir. Eyni zamanda, İşçi Qrup üzvlər, tərəfdaşlar və maraqlı tərəflər arasında təcrübə, məlumat mübadiləsi və əməkdaşlıq vasitəsilə bilik və bacarıqları inkişaf etdirməkdə AAO-lara dəstək olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya