Bakıda keçmiş məktəb direktoru dələduzluğa görə axtarışa verildi
Yusif Nəzərli
12:10 13.01.2022
İqtisadiyyat
511
Bakıda külli miqdarda dələduzluqda ittiham olunan keçmiş məktəb direktoru axtarışa verilib.
Lent.az-ın məlumatına görə, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 196 saylı tam orta məktəbin sabiq direktoru Mehdiyeva Sevinc Əlisafa qızı barəsində Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. Sabiq direktor dələduzluqda ittiham olunur. Onun vətəndaşlara qarşı 200 min manatdan çox dələduzluq etməsi ilə bağlı iddialar da var.
Barəsində axtarış elan olunan sabiq direktor ölkədən qaçıb. Onun Rusiyada olduğu güman edilir.
Qeyd edək ki, 37 yaşlı Sevinc Mehdiyeva Hövsan qəsəbəsi 196 saylı orta məktəbin direktoru olub. O, işlədiyi dövrdə məktəbin kollektivinə qarşı haqsızlıqlar edib. Belə ki, direktor, məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı səbəbsiz yerə, “səndən xoşum gəlmir” deyib işdən çıxarıb. Bundan sonra təsərrüfat işləri üzrə müavini Ülkər Zeynalovanı işdən azad edərək, onun yerinə atası Əlisəfa Hüseynovu təyin edib. Həmçinin ittihamlar arasında direktorun dərs yükü çox olan müəllimlərdən 200 manat, müəllimlər günündə hər müəllimdən onu da “görmələri” adı ilə 50 manat alması da yer alıb.
Bundan başqa S.Mehdiyevanın işə düzəltmək adı ilə xeyli sayda vətəndaşdan pul aldığı iddia olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət