Bankların kredit faizlərinin yüksək olmasının İKİ SƏBƏBİ var - Ekspert RƏYİ
Turan
11:23 27.09.2019
İqtisadiyyat
2208
Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin yüksək olması, eyni zamanda depozit və kredit faizləri arasındakı böyük fərq ictimaiyyəti narahat edən mühüm məsələlərdəndir. Dəfələrlə gündəmə gəlməsinə və bununla bağlı bir sıra addımların atılmasına baxmayaraq, problemin həlli mümkün olmayıb. Kredit faizlərinin yüksək olması hər bir vətəndaşı maraqlandıran, onların yaşayış tərzinə təsir edən amildir. Hazırda ölkədə kreditlər, xüsusilə istehlak kreditləri 20 faizdən yuxarı təklif olunur ki, bu da vətəndaş üçün heç də əlverişli deyil. Ekspertlərə görə, Azərbaycanda bank kreditlərinin faiz dərəcəsinin yüksək olmasını şərtləndirən bir sıra amillər var.
İqtisadçı-ekspert Əkrəm Həsənov Sherg-az-a açıqlamasında deyib ki, faizlərin həddindən artıq yuxarı olması ilk növbədə bankların acgözlüyü ilə bağlıdır.
Ekspertin sözlərinə görə, əksər bank daha çox qazanc əldə etmək istəyir və buna görə faizləri qaldırır:
“Amma problemin əsas səbəbi bu deyil. İki mühüm səbəb var. Birincisi odur ki, ölkədəki banklar Azərbaycan Mərkəzi Bankından sərbəst və sağlam rəqabət qaydası ilə kredit götürə bilmirlər. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8 faizdir. Bir müddət əvvəl 15 faiz idi, daha sonra faiz aşağı salındı. Uçot dərəcəsi MB-nin banklara verdiyi kreditin faiz dərəcəsi deməkdir. Bankların hamısı MB-dən rahat formada 8 faizdən kredit götürə bilsəydi, banklar arasında sağlam rəqabət yaranardı. Nəticədə banklar məcbur olub faizləri endirərdilər. Çünki əks halda onlara kredit üçün müraciət edən olmayacaq. Ancaq Mərkəzi Bankın ucuz kreditləri sadəcə bir neçə banka verməsi, bu cür problemlərə səbəb olur. İndiki halda banklar faiz dərəcəsini aşağı endirməkdə maraqlı deyillər. Bunun da səbəbi ucuz kredit əldə edə bilməmələridir. Eyni zamanda hüquqi sahədə də müəyyən boşluqlar var. Məhkəmə-hüquq sistemində bəzi problemlər qalmaqdadır. Bir sıra qərarlar icra olunmur”.
İqtisadçı vurğulayıb ki, bankların faiz dərəcəsi onların risklərinə bağlıdır:
“Bank risk çox olduğu zaman faiz dərəcəsini yüksəldir. Bütün dünyada bu, belədir. Risk verilən kreditin vaxtında geri qaytarılmamasıdır. Banklar fikirləşir ki, kredit verdiyi yüz nəfərdən ən azı 10-u problemli olacaq. Alınan kredit ya heç qayıtmayacaq, ya da onun qaytarılması üçün rəsmi və ya qeyri-rəsmi xərclər tələb olunacaq. Yəni məhkəmələr illərlə uzanacaq, yekun qərardan sonra qərarın icrası asan olmayacaq və s. Ona görə də bəri başdan faiz dərəcəsini yüksək tuturlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi