Bələdiyyələrin cəmiyyətdə nüfuzu yoxdur
09:15 27.02.2023
İqtisadiyyat
538
Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?!
Milli Məclisdə bələdiyyələrlə bağlı problemlər də gündəmə gətirilib. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”nin müzakirəsi zamanı çıxış edən Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi təmin olunmalıdır. Onun sözlərinə görə, bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı da azaldılmalıdır: "Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.
"Torpaqların mülkiyyət hüquqi ilə bağlı problemlər yaşanır"
Deputat Rəşad Mahmudov bildirib ki, bələdiyyələrə verilən yaşıllıq ərazilər 2020-ci ildə təsdiqlənmiş elektron xəritələrə görə dövlət mülkiyyətinə verilib: "Hazırda bələdiyyələrin o zamana qədər vətəndaşlara verdiyi torpaqların mülkiyyət hüququ ilə bağlı problemlər yaranıb. Ədliyyə Nazirliyinin bu problemin həlli istiqamətində hansı işlər gördüyünü bilmək istəyirik".
Deputat Kamran Bayramov deyib ki, gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq: "Ancaq heç kim bələdiyyədə işləmək istəyində olduğunu deməyəcək. Bax budur cəmiyyətdə bələdiyyələrə olan hörmət və nüfuz”.
Onun sözlərinə görə, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb. Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?! Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatlar aparmaq labüddür. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır”.
Spiker Sahibə Qafarova deputatdan bu fikirlərini komitə iclasında səsləndirib-səsləndirmədiyini soruşub: “Çünki sizin çıxışınızda tənqidi məqamlar var. Bununla bağlı ədliyyə nazirinin müavini Vilayət müəllimə sual vermişdiniz?”. K.Bayramov isə qeyd edib ki, məruzə ilə bağlı təkliflər irəli sürüb. Spiker isə deyib ki, "elə komitə iclasında bu məsələləri qaldırsaydınız, daha faydalı olardı".
"Evlərin sənədləşdirilməməsi bələdiyyələrin vergi toplamasına imkan vermir"
Deputat Azər Badamov qeyd edib ki, təyinatına uyğun olmayan torpaqlarda tikilmiş, ancaq müvafiq infrastrukturla təmin olunmuş, təhlükəsiz istismarla bağlı problemli olmayan sənədsiz evlərin sənədləşdirilməsinə başlanılmalıdır: "Bu evlərin sənədləşdirilməməsi bələdiyyələrin vergi toplamasına imkan vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya