Böhran dərinləşir, ölkə iflic olub
Yusif Nəzərli
05:20 29.11.2021
İqtisadiyyat
1752
Gürcüstanda hakimiyyətin iki seçimi qalır
Ya Saakaşvilini həbsdə saxlayıb tərəfdarlarını zərərsizləşdirəcək, ya da onu ölkədən çıxmaq şərti ilə azadlığa buraxacaq
Dünən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilib. O, məhkəmə zalından əhaliyə müraciət edib. Saakaşvili çıxışında saxlanıldığı ana qədər əhali ilə ünsiyyətdə olduğunu və insanların çox ağır vəziyyətdə olduğunu bildirib: “Vətənimizin qürur hissi üçün darıxmamısınızmı? İnkişaf tempi üçün darıxmamısınızmı? Yenilik və yenidən qurulma üçün darıxmamısınızmı? Sevgi üçün darıxmamısınızmı? Qələbəni qeyd etmək üçün darıxmamısınızmı? Əgər bütün bunlar üçün darıxmısınızsa, o zaman indi baş verənləri birlikdə bitirməliyik.
İlk növbədə hazırda çöldə duran insanları salamlamaq, Gürcüstan cəmiyyətini salamlamaq istəyirəm və sizlərə sual vermək istəyirəm. Mən bir neçə gün Gürcüstanda sərbəst gəzdim, əsir götürülməmişdən əvvəl insanlarla ünsiyyətdə olmaq imkanım oldu və gördüm ki, insanlar çox əsəbidirlər, insanlar ümidsizdirlər, insanlar praktiki olaraq gülümsəmirlər, insanlar çox bədbəxtdirlər və mən sizdən, əziz gürcü xalqımdan soruşmaq istəyirəm - Vətənimizin qürur hissi üçün darıxmamısınızmı? İnkişaf tempi üçün darıxmamısınızmı? İndi baş verənləri birlikdə bitirməliyik. Mən Ukraynada mühüm vəzifə tuturdum, üstəlik, ən azı iki dəfə Ukraynada baş nazirlik təklifini rədd etmişəm. Mən heç vaxt Ukraynada olduğum qədər yaxşı vəziyyətdə olmamışam, evim, həyətim, yüksək maaşım, hörmətim var idi, mən bütün dünyada mühazirələr oxuyuram, məsələn, Meksikada Vergi Məcəlləsi ilə bağlı mühazirə oxuyurdum, lakin mən hər şeyi bir kənara qoydum, müvəqqəti imtina etdim və Gürcüstana gəldim, orada dəqiq bilirdim ki, mən yolda öldürülə bilərdim və ya çatanda öldürülə bilərdim, həmçinin çıxılmaz vəziyyətə düşə bilərdim. Lakin mən 17 ildən çox vaxt keçirdiyim Ukraynanı həqiqətən sevirəm, amma Gürcüstanı dəli kimi sevirəm".
Qeyd edək ki, Tbilisidə eks prezident Mixeil Saakaşviliyə dəstək məqsədi ilə etiraz aksiyası keçirilib. Aksiyada Marneulidən olan bir nəfər müxalifət tərəfdarı saxlanılıb. Bu barədə 24News.ge xəbər portalına saxlanılan şəxsin qardaşı, "Vahid Milli Hərəkat"ın üzvü Ceyhun Qarayev məlumat verib. Onun sözlərinə görə, Eltun Qarayev Tbilisi Şəhər Məhkəməsi yaxınlığında keçirilən aksiya zamanı polisə itaətsizlik ittihamı ilə saxlanılıb və Varketili Polis Bölməsinə aparılıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsi yaxınlığında İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə 15 nəfərin saxlanıldığını bildirir. Xatırladaq ki, aksiya zamanı müxalifət lideri Gigi Uqulava da saxlanılıb. Mixeil Saakaşvili məhkəmənin həyətində tərəfdarları tərəfindən qarşılanıb və "Mişa, Mişa" şuarları ilə yola salınıb. Qeyd edək ki, məhkəmədən sonra sabiq prezident Qori Hərbi Hospitalına aparılıb.
Gürcüstanda yaşanan son prosesləri siyasi-şərhçi Turab Rzayev “Şərq”ə analiz edib. Analitik hesab edir ki, Gürcüstanda hakimiyyət əsas hədəfə nail olub:
“Onlar üçün əsas məsələ ikinci dərəcəli hədəflərdir. İkinci hədəf odur idi ki, seçkidə qələbəsini təmin etsinlər. Buna görə də Saakaşvilini həbsdə saxladılar və iğtişaşlar və s. məsələlərlə bağlı hakimiyyətdə ciddi mübarizə yarada bilmədilər. Hakimiyyət seçkidə qələbəsini təmin etdi. Həm Qərb ölkələri, həm ATƏT-in müşahidə missiyası, həm də ki, bəzi müxalifət liderlərinə bunu təsdiqlədə bildi. Bundan sonra Saakaşvilinin mübarizə aparması daha çətin olacaq. Ancaq hakimiyyət yenə də küçə yürüşlərindən, Saakaşvili tərəfdarlarının yürüş keçirməsindən narahatdır. Buna görə də düşünürəm ki, hakimiyyət indi seçim qarşısındadır. O ya Saakaşvilini həbsdə saxlayıb onun tərəfdarlarının daha çox konseltasiyasına, eyni vaxtda Qərbdə təzyiqlərin artırılmasına nail olacaq, ya da ortaq bir nöqtə tapacaq. Ortaq yol nə ola bilər? Saakaşvilini ölkədən çıxarmaq şərtilə həbsdən azad edilməsi və Ukraynaya ekstradisiya olunmasıdır. Saakaşvilinin Ukrayna vətəndaşlığı da var. Hesab edirəm ki, burada həlledici iki məqam olacaq. Bunlardan birincisi, Qərbin təzyiqləridir, hansısa şəkildə güclü təzyiqlə Gürcüstan Saakaşvilini sərbəst buraxmağa vadar edəcəksə, bu halda düşünürəm ki, hakimiyyət Saakaşvilini azad etməyə məcbur olacaq. Çünki Gürcüstan maddi yardımlara görə Qərbdən çox asılıdır. Bundan əlavə, Qərbin Gürcüstan üzərində siyasi təzyiq mexanizmləri var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya