ADY Çindən bu il 416 blok-qatar qəbul edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2026-cı ilin ilk doqquz ayı ərzində Çindən 416 blok-qatar qəbul edilib.

Sherg.az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Çindən 296 blok-qatar qəbul edilib.