Bu məhsullar bahalaşdı
Bu məhsullar bahalaşdı
08:20 12.03.2024
İqtisadiyyat
503
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2%, qeyri-qida məhsulları üzrə 101,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,7% təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,6%, ötən ilin eyni dövrünə nisbətən isə 100,8% olub.
O cümlədən, fevralda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,7%, əvvəlki ilin eyni dövrünə nisbətən isə 99,7% təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, azalma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1%, ötən ilin eyni dövrünə nisbətən isə 101,4% təşkil edib. Qeyri-qida məhsullarından artım əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 101%, ötən ilin eyni dövrünə nisbətən isə 102,3% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərin
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial