“Bütün sosial layihələr insanların problemlərinin həllinə yönəlib”
Şəymən Bayramova
08:31 18.04.2020
İqtisadiyyat
919
“Biz ancaq dövlət-xalq birliyini gücləndirməklə bu çətin günləri arxada qoya bilərik”
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.
Aprelin 9-dan işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Proses gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir.
Artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadənin fikrincə, koronavirus pandemiyası bəşəriyyəti qəfil yaxaladı. Dünya "gözəgörünməz düşmən"lə mübarizəyə hazır deyildi. Son 100 ildə əldə olunan elmi-mədəni tərəqqi bəşəriyyətin köməyinə çatmadı. Ən çox itkini səhiyyənin ən çox inkişaf etdiyi ölkələr verir:
“Belə ağır şərtlər daxilində pandemiya ilə mübarziə aparmaq asan deyil. Hesab edirəm ki, Azərbaycan dövləti koronavirusla mübarizədə daha çevik tərpəndi. Vaxtında görülən profilaktik tədbirlər pandemiyadan ölü sayının artmasına imkan vermir. Təbii ki, təhlükə davam edir. Bu isə görülən tədbirlərin uzunömürlü olmasını zəruri edir. İnsanların ehtiyaclarını ödəmək şərtiylə onların evdə qalmasını tələb etmək tam məntiqlidir. Pandemiya dövründə ölkədə həyata keçirilən sosial layihələr insanların problemlərinin həllinə yönəlib. Xüsusilə 600 min insana 190 manat vəsaitin ödənilməsi müsbət haldır. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılması bu kampaniyanın tərkib hissəsi sayılmalıdır. Sahibkarlar üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Bütün bu tədbirlər pandemiya dövründə insanların daha az əziyyət çəkməsinə hesablanıb. Hesab edirəm ki, imkanlı şəxslər tərəfindən başladılan yardım kampaniyası daha geniş vüsət almalıdır. İmkanlı adamlar bu ağır günlərdə köməyə ehtiyacı olan ailələri darda qoymamalıdır. Biz ancaq dövlət-xalq birliyini gücləndirməklə bu çətin günləri arxada qoya bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual