Davamlı islahatlar və praqmatik siyasət: Azərbaycanın gücü və nüfuzu artıb - ŞƏRH
Turan
09:19 09.01.2020
İqtisadiyyat
1252
2019-cu il Azərbaycan tarixində islahatlar və ciddi kadr dəyişikliyi ili olaraq qaldı. Kadr və struktur dəyişikliyinin 2020-ci ildə də davam edəcəyi istisna edilmir. Bütün sahələri əhatə edən islahatların dərinləşəcəyi gözlənilir. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi islahatlara alternativ yoxdur və kadr islahatları labüddür, qaçılmazdır:
“Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar. Hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”. Ümumi anlamda ötən 2019-cu il ölkəmiz üçün uğurlu il olub. Dünyada cərəyan edən gərgin proseslər fonunda Azərbaycan sabitlik, əmin-amanlıq şəraitində yaşayıb. Həyata keçirilən siyasi, iqtisadi, sosial, kadr, struktur islahatları Azərbaycanın gücünü artırıb. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı ölkəmizə səfər edib, ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Bütün aparıcı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin prinsipial mövqeyini dəstəkləyib. O baxımdan dinamik inkişafın və davamlı islahatların 2020-ci ildə yeni mərhələdə davam edəcəyi istisna edilmir. Ekspertlərə görə, cari ildə sosial-iqtisadi, siyasi sahəni, məhkəmə-hüquq sistemini, qanunverici və icra hakimiyyətini əhatə edən ciddi dəyişikliklər baş verəcək. Bununla yanaşı, 2020-ci ildə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı məsələsi prioritet olaraq qalacaq. Bu kontekstdə kənd təsərrüfatı, turizm və sair sektorların inkişafı da diqqət mərkəzində olacaq. Nəzərə alaq ki, cari il üçün dövlət büdcəmizin gəlirləri 24,1, xərcləri isə 26,9 milyard manatdır. Büdcənin 39 faizə yaxını məhz sosial layihələr üçün nəzərdə tutulub. Yəni, 2020-ci ildə sosial istiqamətdə çox ciddi addımların atılması gözlənilir.
Millət vəkili, iqtisadçı Azər Badamov 2020-ci il üçün gözləntilərini dilə gətirərkən ötən ilin Azərbaycanın həyatında dərin islahatlar ili olmasına diqqət çəkib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən il ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticəsi cari ilin də böyük nailiyyətlərlə yadda qalacağına əsas verir: “Cari il ilə bağlı proqnozlar verərkən ötən ilin sosial-iqtisadi yekunlarına nəzər salmaq lazımdır. Ötən il iqtisadiyyat artıb, qeyri-neft sektorunda 3,5 faiz artım müşahidə edilib. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirdi ki, bu göstərici dünya miqyasında 9-cudur və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Azərbaycanın valyuta ehtiyatları ötən il 4,5 milyard dollar artaraq rekord həddə - 50 milyard dollara çatıb. Bu rəqəm xarici dövlət borcundan 5 dəfədən çox artıqdır. Ötən il sənaye istehsalı artıb. Xüsusən də qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil edib. Kənd təsərrüfatında isə artım 7 faiz təşkil edib. Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkədir. İndi Azərbaycan borc alan deyil, borc verən ölkəyə çevrilib. Bütün bunlar düşünülmüş, praqmatik siyasətin nəticəsində mümkün olub”.
A.Badamovun sözlərinə görə, əldə edilən uğurlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və geniş vüsət alan islahatların davam etdirilməsi 2020-ci ildə də Azərbaycana yeni nailiyyətlər qazandıracaq:
“Ötən ilin yekunu uğurludur, cari ilin başlanğıcı uğurla müşayiət olunur. 2020-ci ilə qədəmlərimizi inamla və ötən il əldə etdiyimiz uğurlarla qoymuşuq. İslahatların davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın daha da artırılması, korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verəcəkdir. Düşünürəm ki, cari ilin sonunda da biz əldə etdiyimiz uğurlardan fəxrlə danışa biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya