“Davosda Azərbaycan reallıqlarını birbaşa Prezidentin özü təqdim edir”
- AKTUAL
Yusif Nəzərli
09:52 21.01.2020
İqtisadiyyat
839
“Bu isə investisiya cəlb etmək üçün olduqca önəmlidir. Eyni zamanda investorlara böyük bir zəmanətdir ki, gəlin, Azərbaycana kapital yatırın”
“Son illər beynəlxalq araşdırmaçı qurumların, agentliklərin hesabatlarında Azərbaycan iqtisadi göstəricilərinə görə durmadan irəliləyir. Ölkəmizdə iqtisadi islahalatların aparılması, bu prosesin ilbəil dərinləşdirilməsi nəticəsində iqtisadi sahədə kifayət qədər nailiyyətlər əldə olunub”.
Bu barədə “Sherg.az”a sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib. O qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatında real sektoru inkişaf etdirmək üçün bütün imkanlardan faydalanmağa çalışır:
Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər də bu məqsədlərə xidmət edir. Bu Foruma 3 mindən çox nümayəndənin gəlməsi, orada keçirilən, plenar iclaslar, təkbətək görüşlərdə Azərbaycan təbliğ olunur. Ölkəmizin iqtisadi uğurları diqqətə çatdırılır. Azərbaycan investorlara təqdim edilir. Əlbəttə, bu həm də tərəflərin Azərbaycana investisiya yatırması üçün bir təqdimatdır. Azərbaycan bu Forumda yüksək səviyyədə iştirak edir. Hesab edirəm ki, xaric kapitalın Azərbaycana gəlməsinə çox böyük ehtiyac var. Prezident İlham Əliyev bu fürsətdən istifadə edib, orada həm plenar iclaslarda, həm də təkbətək görüşlərdə Azərbaycanı geniş şəkildə təbliğ edir. Bu, investorların Azərbaycana gəlməsi üçün böyük bir imkandır. Və məlum addımlar bütövlükdə iqtisadiyyatımızın inkişafına ciddi töhfə verəcək”.
Professor onu da əlavə edib ki, Azərbaycanda nəqliyyat və enerji sahəsi ilə bağlı gerçəkləşən layihələrdə xarici kapitalın iştirakı çox yaxşı haldır:
“belə olan halda həmin sahələrdə olduqca əlverişli nəticələr əldə oluna bilər. Bu mənada ölkəmizə investisiyaların yatırılmasına önəm verilir. Ümumiyyətlə Davos İqtisadi Forumu elə bir platformadır ki, bu meydanda Azərbaycanı, ölkəmizin reallıqlarını birbaşa Prezidentin özü təqdim edir. Bu investisiya cəlb etmək üçün olduqca önəmlidir. Biri var ölkəni hər hansı bir nazir təqdim edir, biri də var dövlət başçısının özü təqdim edir. Ölkəni təqdim edən dövlət başçısının özü olması həm də investorlara böyük bir zəmanətdir ki, gəlin Azərbaycana kapital yatırın. Belə yatırımlar tək bir sahəni deyil, iqtisadiyyatın bütün sahələrinə müsbət impuls verəcək. Nəqliyyat infrastrukturu və enerji sektorunun inkişafa ciddi təkan olacaq”.
Qeyd edək ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı, enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq