“Davosdakı görüşlər Azərbaycana olan marağın göstəricisidir”
Yusif Nəzərli
12:08 24.01.2020
İqtisadiyyat
1086
Dünyanın gözü yenə İsveçrənin kiçik bir kəndinə yönəlib. Bu kənddə dünyada Davos Forumu kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir keçirilir. Azərbaycanın dövlət başçısı də hər il olduğu kimi, forumun işinə qatılmaq üçün İsveçrəyə səfər edib, orada çoxsaylı görüşlər keçirir.
Xatırladaq ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı, enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.
Qeyd edək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir müzakirə qrupundan hazırda minlərlə iştirakçının qatıldığı dünya səviyyəli tədbirə çevrilib. Tədbirin iştirakçıları arasında yüzlərlə böyük şirkət rəhbərləri, onlarla dövlət başçısı, beynəlxalq QHT, media nümayəndələri var.
Azərbaycanın Davos İqtisadi Forumunda iştirakını yüksək qiymətləndirən Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova “Sherg.az”a söyləyib ki, Davos Forumu dünya miqyasında çox əhəmiyyətli qlobal bir görüşdür. Çünki dünya ölkələrinin iqtisadi yol xəritəsini müəyyən edir və Azərbaycan prezidentinin də orda iştirakı ölkəmiz üçün çox böyük önəm kəsb edir:
“Dövlət başçısı ilə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi imzalanmış niyyət protokolunun əhəmiyyəti qeyd edilə bilər. Sənədə əsasən, ölkəmizdə regional mərkəz yaradılacaq. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq.
Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi, Pakistan İslam Respublikasının Baş Naziri, Xorvatiyanın Baş Naziri ilə görüşlərdə mühüm məsələlər müzakirə olunub, o cümlədən enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması, “Procter and Gamble Europe” şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi yaxşı haldır.
Bundan başqa, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın Lukoil şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunması, “Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunması ölkəmizə olan marağın göstəricisidir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Davos görüşü hər zaman olduğu kimi, bu dəfə də mühüm əhəmiyyətə malikdir. Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri buradan keçir. Bu görüşlə Azərbaycan bir daha göstərdi ki, Avrasiya inteqrasiya proseslərində iştirak edir, aparıcı ölkədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq