Deputat elektrik enerjisinə dair güzəştdən DANIŞDI: Başqa qərarlar da...”
Şəymən Bayramova
09:43 16.04.2020
İqtisadiyyat
956
“Dövlət hər sahədə üzərinə düşəni edir, bundan sonra da edəcəyinə heç kimin şübhəsi olmamalıdır”
Koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejimində insanların bir qismi gündəlik gəlirindən məhrum olub və elektrik enerjisinin sərfiyyatı artır. Buna görə də dövlət xüsusi karantin rejimi dövründə elektrik enerjisinin aylıq limitinin artırılması barədə qərar qəbul edib.
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat/saat artırılaraq, 400 kilovat/saat müəyyən edilib.
Bu limiti aşan istifadəçilər hər kilovat üçün 14 qəpik ödəniş etməlidir. Bu qərarın nə dərəcədə adekvat olub olmasını öyrən üçün millət vəkili Bəhruz Məhərrəmovla əlaqə saxladıq. Deputat “Sherg.az”a söylədi ki, məsələyə bir prizmadan baxmaq düzgün deyil. İstəniləm qərarın dəyərləndirilməsi zamanı mövcud şəraiti nəzərə almaq lazımdır:
“Koronavirusun özü ilə gətirdiyi sosial-iqtisadi, humanitar böhran bütün dünya ölkələri kimi Azərbaycan üçün də gözlənilməz hal idi. Pandemiyaya qarşı mübarizə çərçivəsində hökumətin verdiyi qərarlar hər nə qədər uzunmüddətli və planlaşdırılmış strateji əsaslara söykənsə də, istənilən an müəyyən risklərlə üzləşə bilərik . Çünki “COVİD-19” pandemiyası və onun iqtisadi nəticələrinin proqnozlaşdırılması mümkün olan, yaxud klassik xarakter daşıyan humanitar və ya iqtisadi böhran deyil.
Məhz bu səbəbdən dünyanın super maliyyə və ultra iqtisadi gücləri faktiki olaraq virusun əsirinə çevriliblər. Koronavirus təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Lakin bu günə qədər görünən odur ki, dövlət ay yarımdan az bir müddətdə koronavirusu cilovlayaraq Azərbaycanda onun epidemiya halına çevrilməsinin qarşısını ala bildi. Bu mənada koronavirusla mübarizə çərçivəsində hökumətin atdığı bütün addımları adekvat hesab edirəm. Düşünmürəm ki, elektrik enerjisi ilə bağlı edilən güzəştlər də sadəcə bu qərardan ibarət olacaq.
Biz nə pandemiyanın, nə də karantin rejiminin nə zaman başa çatacağını bilmirik. Hər kəs karantin rejiminə tezliklə son qoyulmasını və vətəndaşların öz normal həyatına qayıtmasını istəyir. Ancaq Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdı. Dövlət hər sahədə üzərinə düşəni edir, bundan sonra da edəcəyinə heç kimin şübhəsi olmamalıdır.
Vətəndaşlarımız da səbirli olub, nizam-intizamı gözləməli virusun yayılmasının qarşısını almaqda dövlət qurumları ilə həmrəy olmalıdır. İndi elə bir vəziyyətdir ki, hökumətin verdiyi qərarları sorğuya çəkmək, hansının adekvat, hansının qeyri-adekvat olmadığı ətrafında müqayisə aparmaq düzgün deyil.
Bu gün birlik, həmrəylik günüdür. Hər şeyə rəğmən, birliyimizi, gücümüzü hifz edək və Prezident İlham Əliyev də dediyi kimi, unutmayaq ki, biz birlikdə güclüyük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual