Dünya Bankı Azərbaycana əlavə 150 mln. dollarlıq maliyyələşməni təsdiqləyib
Yusif Nəzərli
06:58 30.07.2024
İqtisadiyyat
576
Dünya Bankının İcraçı Direktorlar Şurası bu gün hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.
Bu barədə "APA-Economics"ə Dünya Bankından bildirilib. Qeyd olunub ki, layihənin məqsədi məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.
Son üç il ərzində 5 mindən çoxu qadın olmaqla 15 min benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb. Benefisiarların qiymətləndirilməsinə əsasən, AMDL iştirakçılarının 70%-dən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət etmək və AMDL çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün başqa mexanizmləri hazırlayacaq və sınaqdan keçirəcək.
“Azərbaycan həssas qruplar üçün əmək bazarının nəticələrini yaxşılaşdırmaq üçün səylər göstərir. Bununla belə, bacarıq uyğunsuzluğu, yüksək qeyri-formallıq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib. “Bu layihə ölkədə daha inklüziv, özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təmin etmək üçün bu problemlərin həllinə kömək edir”.
Əlavə maliyyələşdirmə iqtisadi fəaliyyətin şaxələndirilməsini və şoklara qarşı dayanıqlılığı təşviq etmək üçün istehsal və xidmətlər kimi yeni sektorları əhatə etməklə Azərbaycanın Özünüməşğulluq Proqramına dəstəyini davam etdirəcək. Bundan başqa, bu maliyyələşdirmə benefisiarlara öz bizneslərini genişləndirmək üçün nağd vəsaitlərdən istifadə etməyə imkan verən təkmilləşdirilmiş nağd qrantlar mexanizmini sınaqdan keçirməyə kömək edəcək.
AMDL üçün əlavə maliyyələşdirmə həm də Azərbaycan Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlarının çeşidini genişləndirmək imkanı yaradacaq. Bu yeni dəstək vasitəsilə Agentlik iş yerində təlim, əmək haqqı subsidiyaları, şagirdlik proqramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Bu proqramların işaxtaranların, o cümlədən qadınların və digər həssas əhali qruplarının məşğulluğunu stimullaşdıracağı, onların istehsal və xidmət sahələrində işləmək imkanlarını artıracağı gözlənilir.
Layihəni hazırlayan Dünya Bankı komandasının rəhbəri Mirey Ovadiya bildirib ki, “Bu yeni maliyyələşdirmə ilə biz bacarıqların inkişafı və işaxtaranlar və işəgötürənlər üçün stimulların dəstəklənməsi üçün aktiv əmək bazarı tədbirlərinin həyat qabiliyyətini yoxlayacağıq. Bu yanaşma ilə Azərbaycan gələcək üçün daha məhsuldar və davamlı iş yerləri yarada bilər”.
AMDL-in insan kapitalı potensialının artırılması, habelə məşğulluq xidmətlərinin effektivliyinin gücləndirilməsi, bacarıqların inkişaf etdirilməsi və inklüzivlik kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir. Bundan əlavə, layihə həm də Dünya Bankı Qrupunun Azərbaycan Hökuməti ilə hazırda müzakirə olunan Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində (2025-29-cu illər) vurğulanan daha məhsuldar və inklüziv iş yerlərinin təşviqi məqsədinə uyğundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya