"Dünyada turizm anlayışı və turist profili çoxdan dəyişib"
07:10 19.05.2021
İqtisadiyyat
1735
"Yəni Azərbaycan burada özündən yeni bir velosiped kəşf etməli deyil"
"Müasir turist profili indi bir gecəlik qalmaq üçün çox baha qiymət ödəmək istəmir"
Ölkədə 5 ulduzlu otellərə tələbat daha çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanda daha çox 5 ulduzlu otellər inşa edilir: “Turizmə investisiyanın cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilir. Bu sənədlərdə regionlarda aşağı ulduzlu otellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu otellərə tələbat çox olduğuna görə, həmin mehmanxanaların tikintisinə üstünlük verilir”.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, dünyada turizm anlayışı və turist profili çoxdan dəyişib. İqtisadçı qeyd edib ki, müasir turist profili bir gecəlik qalmaq üçün çox baha qiymət ödəməkdə maraqlı deyil:
"Hörmətli, Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadovun hansı araşdırmalara əsasən belə bir nəticəyə gəldiyi mənim üçün də maraqlıdır. Çünki dünyada turizm anlayışı və turist profili çoxdan dəyişib. Müasir turist profili indi bir gecəlik qalmaq üçün çox baha qiymət ödəmək istəmir. Yəni dünya təcrübəsi bunun tam əksini deyir. Son on ildə dünyada hostellərin sayı 20 dəfədən çox artıb. Yəni əksinə, ucuz otellər, hostellərin sayı durmadan, hətta dəfələrlə artır. Biz dünyadan kənar qalmış bir ada deyilik. Yəqin ki, bizdə də buna bənzər tendensiyalar var. Çox yaxşı olardı ki, rəsmi qurumun nümayəndəsi bunu hansı araşdırmaya əsasən dediyini, söylədiyini və bunun nədən bu nəticəyə gəldiyini ictimaiyyətə açıqlasa yaxşı olar. Əgər söhbət Ərəbistan yarımadasından gələn daha varlı turistlərdən gedirsə, onların qalması üçün kifayət sayda beş ulduzlu otellər var. Amma Avropa, Amerika, Asiya turistləri, əsasən də Yaponiya və Çin turistlərinin daha çox ucuz otellərə, ucuz hostellərə üstünlük verildiyi dünyada onlarla, hətta yüzlərlə araşdırmalar nəticəsində məlum olub. Yəni Azərbaycan burada özündən yeni bir velosiped kəşf etməli deyil. Dünyadakı qəbul olunmuş praktikaya görə turizmin Azərbaycanda da otelçiliyin ucuz seqmenti mütləq inkişaf etdirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə