Ətin qiyməti tezliklə ucuzlaşmayacaq
21:31 21.09.2021
İqtisadiyyat
352
Biz hələ də xaricdən ət alırıq, ən çox da Gürcüstandan
İnfrastruktur qurulduqdan sonra Qarabağda maldarlığın inkişafı üçün kifayət qədər münbit şərait yaranacaq
İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir.
O vurğulayıb ki, heyvandarlıq üçün böyük potensiala malik olan ərazilərimizin işğaldan azad edilməsi bu sahənin inkişafına geniş perspektivlər açır: "Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlar kimi tanınıb. Bu ərazilərin təbii şəraiti, bol yem ehtiyatlarına malik olması, digər tərəfdən insanların bu sahəyə olan marağı onu deməyə əsas verir ki, minalar təmizləndikdən, əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək”. T.Rzayev vurğulayıb ki, bununla əlaqədar müəyyən layihələr hazırlanıb və tədbirlər planlaşdırılır: “Bu tədbirlər sözsüz ki, ət və süd məhsullarının qiymətinin aşağı düşməsinə, idxalın azalmasına və yerli məhsulların keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Dağlıq ərazilərdə bəslənilən, təbii yemlə qidalanan heyvanların əti, südü əlbəttə ki, başqalarından fərqlidir. Artıq bəzi fermerlər işğaldan azad edilmiş ərazilərdə yaylaqlara köç edib. Dövlətin sahibkarlara verdiyi imtiyazlar, göstərilən diqqət və qayğı nəticəsində tez bir zamanda həmin ərazilərdə iri heyvandarlıq təsərrüfatları yaradılacaq, əhalinin ət və süd məhsullarına olan tələbatı daha yaxşı ödəniləcək”.
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin Azərbaycan iqtisadiyyatına, o cümlədən də kənd təsərrüfatına böyük töhfə verəcəyi danılmazdır. İqtisadçı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə həm əkinçiliyin, həm də maldarlığın inkişafı üçün kifayət qədər yaxşı şərait var:
"Bu ərazilərdə ən əsası suvarma problemi yoxdur və yem bazası üçün çox əlverişli torpaqlardır. Sadəcə burada infrastrukturun qurulması və həmin bölgələrdə iribuynuzlu və xırdabuynuzlu maldarlığın inkişafı xeyli zaman alacaq. Yəni ilk növbədə onların inkişafı üçün kifayət qədər zamana ehtiyac var. İkincisi, həmin bölgələrdə erməni işğalçıları kifayət qədər çoxlu sayda minalar basdırıb. Təbii ki, həmin ərazilərin minalardan təmizlənməsi vacibdir ki, burda da zamana ehtiyac var. Orda təhlükəsizliklə bağlı problemlər həll olunduqdan sonra təbii ki, maldarlığın inkişafı üçün kifayət qədər münbit şərait yaranacaq.
Amma bu o demək deyil ki, tezliklə ciddi ucuzlaşma baş verə bilər. Bu proses təbii ki, addım-addım gedəcək. Digər bir məsələ var ki, biz hələ də xaricdən ət alırıq, ən çox da son zamanlar Gürcüstandan.
Ola bilər ki, bu bölgələr sayəsində heyvandarlığın inkişafının ilkin mərhələsində xaricdən ətə olan ehtiyac qalmasın. Yəni ilkin mərhələdə öz resurslarımız hesabına ehtiyacımızı tam ödəyə bilərik. Sonrakı mərhələdə, əgər məhsuldarlıq yüksək olarsa, o zaman həmin bölgələrdə iri və xırdabuynuzlu mal-qaranın inkişafı üçün kifayət qədər ciddi imkanlar və fürsətlər yaranacaq. Bunun sayəsində də bir neçə ildən sonra Azərbaycanda ət və süd məhsullarının ucuzlaşması mümkün ola bilər".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə