Gələn il ərzaq və qeyri-ərzaq qiymətləri daha da artacaq - İqtisadçı

Gələn il ərzaq və qeyri-ərzaq qiymətləri daha da artacaq, inflyasiya yüksələcək.

Bunu iqtisadçı Natiq Cəfərli bildirib. Sherg.az-a aşıqlamasında iqtisadçı bildirdi ki, bunun qarşısını almaq üçün əhaliyə ödənişlərlə yanaşı yerli istehsal, idxalın həcmi, rəqabət də artmalıdır ki, inflyasiya maaş-təqaüd artımını yeyib-bitirməsin: 

- Bu, qızıl qaydadır. Vətəndaşlarımızın rifahı real gəlirlər artanda yüksəlir, nominal artım gündəlik dolanışığa təsir etmir. Əlbəttə ki, maaş-təqaüd-müavinət artımı çox müsbət xəbərdir, təki daha çox artsın, amma, pararlel olaraq iqtisadi aktivlik, rəqabət, istehsal da artmalıdır ki, vətəndaş bu dəyişikliklərə ürəkdən sevinsin.