Hamının baha qiymətə avtomobil almaq imkanı yoxdur
Yusif Nəzərli
12:22 08.01.2022
İqtisadiyyat
637
Müəyyən bir təbəqə köhnə hibrid maşınlardan istifadə etmək məcburiyyətində qalacaq
Ötən ilin dekabr ayında Azərbaycanda avtomobil bazarı üzrə satışlar noyabr ayına nisbətən, təqribən, 5 faiz artıb. Növbəti aylarda ölkənin avtomobil bazarında qiymətlərin sabit qalacağı ehtimal olunur. Eyni zamanda elektromobil və hibrid avtomobillərin ƏDV-dən azad edilməsi də qiymətlərə öz təsirini göstərəcək.
Avtomobil bazarında baş verən proseslərlə bağlı “Şərq”ə danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradov bildirib ki, yeni nəsil avtomobillər ucuzlaşa bilər:
“Yanvarın 1-dən mühərrik həcmi böyük olan avtomobillərin, eləcə də, ili 7 ildən köhnə olan avtomobillərin ölkəyə gətirilməsi üçün rüsumlar artıb. Bu da həmin avtomobillərin qiymətinə təsir edəcək. Əgər düzgün analiz və təhlil edilibsə, bu yaxşı yanaşmadır. Yox, qərar kor-koranə qəbul edilibsə, bunun mənfi fəsadları ola bilər. Çünki yeni avtomobillə onun qiyməti arasında fərq yoxdursa və yaxud cüzidirsə, insanlar yenə köhnə avtomobil alıb gətirəcək.
Əslində bir çox ölkələr bu praktikanı tətbiq edir. İl məhdudiyyəti qoyur, köhnə maşınlara daha ağır vergi, rüsum tətbiq edir və vətəndaşlar gedib yeni avtomobil alırlar. Ətraf mühitin qorunması, yol-nəqliyyat hadisələrində ölüm və xəsarətlərin az olması üçün yeni avtomobillərə keçid vacibdir. Azərbaycanda da artıq bu tendensiya baş verir. Dünya səviyyəsində edilən çağırışlara cavab verilir və elektromobillərin, hibrid avtomobillərin ölkəyə gətirilməsinə daha geniş imkan yaradılır. Bu imkan sayəsində həmin avtomobillərin qiymətində enmə baş verə bilər. Bu enmə də ili 3 ildən köhnə olmayan avtomobillər üçündür. Ancaq bu avtomobillərin qiyməti vətəndaşların ala biləcəyi hibridlərdən qat-qat bahadır. Vətəndaşlar gedib 12-15 min manata “Toyota Pirus” ala bilirsə, bu, 2007-2010-cu ilə qədər olan avtomobillərdir. Dövlətin qoyduğu qaydalara görə 2019-cu ildən sonrakı “Toyota Pirus”lar ƏDV-dən azad olunur deyə onların qiyməti də təxminən 40 mindən başlayır və 100 mini keçir. 15 min manata maşın alan insan onu necə əldə edəcək, qiymətlərdən necə faydalana biləcək, bu bir az düşündürücüdür. Yenə də müəyyən bir kütlə köhnə hibridlərdən istifadə etmək məcburiyyətində qalacaq.
Ekspert eyni zamanda qeyd edib ki, qiymətlərin bu ay tarazlaşması mümkün deyil:
“Qiymətlərin yanvar ayında tam olaraq tarazlanacağına inanmıram. Bu mart ayına kimi çəkəcək. Çünki bəzi avtomobil dilerləri var ki, onlar ölkəyə avtomobil gətirə bilmir. Ölkəyə hibrid avtomobili ən çox “Toyota” gətirə bilir. “Mersedes” hələ düşünür, “Volkswagen” isə 2024-cü ildən tez göndərə bilməyəcəyini bəyan edir. Yəni digər modellər bu rəqabətə necə dözəcək, onlar hansı variantlara əl atacaq?! Digər avtomobil istehsalçıları da hibrid avtomobilləri Azərbaycana gətirsə, rəqabət yarana və qiymətlər də düşə bilər. Bütün bunları biz ilin birinci rübündən sonra daha aydın şəkildə görə və deyə bilərik”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya