Havalar istiləşdi, hamı tikintiyə başladı
08:33 22.05.2021
İqtisadiyyat
622
Ona görə xaricdən gətirilən tikinti materiallarının qiyməti kəskin artıb
Son günlər Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım müşahidə edilir. Xüsusilə də taxta və taxta məmulatlarının qiyməti kəskin artıb. Bahalaşma armatur və eləcə də xaricdən gətirilən bütün növ tikinti materiallarında müşahidə olunur. Lakin qeyd edək ki, bir müddətdir ki, tikinti materiallarının qiyməti sabit qalmışdı. Bəs hazırda Azərbaycanda tikinti materiallarının bahalaşmasına səbəb nədir?
Sualımızı iqtisadçı-ekspert Natiq Cəfərliyə ünvanladıq. Ekspert "Şərq"ə açıqlamasında tikinti sektorundakı qiymət artımının təbii olduğunu bildirdi:
"Son günlər tikinti məmulatlarında kəskin artım müşahidə edilməkdədir. Tikinti bazarlarında xüsusən ölkəyə gətirilən taxta, dəmir məmulatlarının, habelə qara dəmirdən hazırlanan məmulatların qiymətində ciddi artım var.
Bu da nəticə etibarı ilə bütün tikinti bazarına təsir göstərir".
İqtisadçı qeyd edib ki, ölkənin tikinti sektorunun xaricdən gətirilən məhsullarla obyektiv olaraq asılılığı var:
"Yəni orada bahalaşma olarkən, bura da təsir göstərir. İkinci bir ənənəvi səbəb də var.
Bilirik ki, havalar istiləşən kimi tikinti sektorundu da canlanma olur. Məsələn, fərdi evlərin tikintisi, bağ evlərinin təmiri, regionlarda tikintinin sürəti və s. artır. Beləliklə, tikintinin həcminin artması tələbin artmasına səbəb olur ki, təklif də onu qarşılaya bilmir.
Yəni təklifin tələblə uyğunlaşmaması qiymət artımına səbəb olan əsas amillərdən biridir. Bu səbəblə də xaricdən gələn məhsullarının qiymətinin artımı nəticə etibarilə ölkə bazarında da mütləq qiymət artımına səbəb olur. Hesab edirəm ki, bu bazara ciddi bir rəqabət mühiti lazımdır. Bazar oyunçularının sayının ciddi şəkildə artırılması və artmasına dəstək lazımdır ki, bu rəqabət mühitində qiymətlərin müəyyən dərəcədə tənzimlənməsi mümkün olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə