"Hər iki-üç ildən bir müəllimlərin müavinətlərinə artım olur"
"Hər iki-üç ildən bir müəllimlərin müavinətlərinə artım olur"
Yusif Nəzərli
22:06 09.09.2022
İqtisadiyyat
619
Nadir İsrafilov: "Büdcədən sosial məsələlərə ayrılan vəsaitlər artdıqca müəllimlərin maaşlarına əlavələr də çoxalır"
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, qarşımızdakı 5 tədris ili ərzində müəllimlərin hər biri sertifikasiyaya cəlb olunacaq. O, həmçinin uğur qazanan müəllimlərin əmək haqqına əlavələrin veriləcəyini də qeyd edib:
“MİQ imtahanlarından keçən, 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikasiyaya cəlb edəcəyik. Beş il təcrübənin üç və yaxud iki ilə qədər azaldılması ilə bağlı müzakirələrə açığıq. Biz icra edən orqanıq. Qanunvericilikdə dəyişiklik olarsa da, biz buna etiraz etmərik. Bəlli bir müddətin olmasının tərəfdarıyıq”.
Nazir onu da vurğulayıb ki, Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir:
“Təhsilimizin ən aparıcı elementi müəllimlərdir. Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir. Biz müəllimlərin yanındayıq. Minlərlə müəllimimiz sentyabrdan başlayaraq əməkhaqlarında artımı hiss edəcək. Bu yolda biz mərhələlərlə Azərbaycan gələcəyinin daha bacarıqlı, hazırlıqlı olmasını görəcəyik”.
Təhsil eksperti Nadir İsrafilov “Şərq”ə açıqlamasında son dövrlər müəllim amilinə xüsusi diqqət ayrıldığını vurğulamaqla yanaşı, bu sahədə atılan addımları yüksək qiymətləndirib.
Onun sözlərinə görə, bu gün müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən təqdirəlayiq işlər aparılır. Bunlardan ən vacibi də ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır:
“Hər iki-üç ildən bir təhsil işçilərinin müavinətlərində artımlar olur. Bu da sübut edir ki, Azərbaycan sosial siyasət yürüdür. Büdcədən sosial məsələlərə ayrılan vəsaitlər artdıqca müəllimlərin maaşlarına əlavələr də çoxalır".
O qeyd edib ki, dövlətimiz hər zaman müəllimlərə və təhsil işçilərinə xüsusi diqqət ayırır:
"Xatırlayırsınızsa, 2013-cü ildə ölkə başçısı tərəfindən təhsilin inkişafı üzrə strategiya imzalanıb. Burada əsas hədəflərdən biri də müəllimin nüfuzunun artırılması idi.
Təhsil işçilərinin nüfuzunun artırılması da onun sosial əmək şəraitinin yaxşılaşdırılmasına, maddi vəziyətinin düzəldilməsinə və sosial rifahının artırılmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya