Hesablama Palatası bu il 91 mln. manatlıq maliyyə pozuntusu aşkarlayıb
Hesablama Palatası bu il 91 mln. manatlıq maliyyə pozuntusu aşkarlayıb
11:50 22.07.2024
İqtisadiyyat
589
Bu ilin birinci yarısında Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə cəmi 91 milyon manat maliyyə pozuntusu aşkarlayıb.
Bu barədə Palatadan bildirilib.
Bu il iyulun 1-nə qədər başa çatdırılmış KDMN tədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 39,3 milyon manat olduğu hesablanıb. 36,6 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Palatanın kollegiyası təkliflər verib. 2,7 milyon manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar 2 audit üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
KDMN tədbirləri ilə hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb. Auditlər zamanı rast gəlinən bu pozuntulara vəsaitlərin icrası zamanı vahid büdcə təsnifatına əməl olunmaması, satınalma tətbiq olunmadan vəsaitin icrası və s. hallar aid edilib ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 51,7 milyon manat təşkil edib. Nəticələri rəsmiləşdirilmiş auditlər üzrə maliyyə hesabatlarında 169,3 milyon manatlıq təhriflərə yol verildiyi aşkarlanıb ki, bunların 47 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub.
Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 14 halda nəzarət obyektlərinə auditor hesabatı və kollegiya qərarları göndərilib. 2024-cü ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim olunub. 5 tədbir üzrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, 2 tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 8 tədbirlə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına və digər qurumlara məlumat göndərilib.
Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb, əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan vəsaitdən 2,3 milyon manatın pul və əvəzləşdirmə formasında bərpası təmin edilib. Əvvəlki ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 661,5 milyon manat əhəmiyyətli təhriflərin 205,2 milyon manatı üzrə müvafiq düzəlişlər edilib.
#
Əşrəf Mehdiyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya