
İqtisadçı: Bütün siqaretlərin mütləq şəkildə bahalaşacağını güman etmək olmaz
11:42 03.03.2025
İqtisadiyyat
793
Azərbaycanda bəzi siqaret markaları bugündən 20 qəpik bahalaşıb.
Axar.az siqaretlərin yeni və əvvəlki qiymətlərini təqdim edir:
Qiyməti artan siqaretlər:
“Sobranie” - 4.7 manat (4.5 manat), “Vinston” - 4.2 manat (4 manat),“Kent” - 4.4 manat (4.2 manat), “Dunhill” - 4.7 manat (4.5 manat), “Davidoff” - 4.4 manat (4.2 manat), “Premier”- 4.2 manat (4 manat), LD (hər iki növü) - 3.6-3.8 manat (3.4-3.6 manat)
Qeyd edək ki, siqaretlərin qiymətində dəyişikliklər istehsalçı və idxalçı şirkətlərin qiymət siyasətinə əsasən həyata keçirilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaret satanlar qiymətləri özləri artırıblar:

“Çünki burada tütün istehsalı, satışı ilə məşğul olan şəxslər arasında təmərküzləşmə var. Yəni bir neçə iri şirkət və şəxs bunları həyata keçirir. Ona görə rəqabətlə məşğul olan İstehlak Bazarlarına Nəzarət və Antiinhisar Agentliyi onların birləşib razılaşdırılmış qiymət təyin edib-rtmədiklərini araşdırmalıdır. Digər tərəfdən 2025-ci ildə siqaret və tütün istehsalçılarına yeni rüsum tətbiq edilməyib, aksiz vergisi artırılmayıb. Amma ötən il artırılmışdı. Lakin ümumi bizneslə əlaqədar xərclər, minimal əməkhaqqı və kommunal xərclər artırılıb. Bunların hamısı siqaret satanların da xərcini artırır. Bu xərclərin qarşılanması isə qiymətin artmasına gətirib çıxarır. Artırılmış qiymət yeni bazar qiyməti olacaq. Lakin 2025-ci ilə başlayanda, aksiz vergi rüsumu tətbiq edilmədiyinə görə artıq bütün siqaretlərin mütləq şəkildə bahalaşacağını güman etmək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm