İqtisadi tərəqqi özəl sektorun inkişafı ilə əlaqəlidir-EKSPERT
10:26 20.11.2023
İqtisadiyyat
785
Ölkədə çalışanların 76 faizi özəl sektordadır.
Bunu Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bildirib.
O əlavə edib ki, bu gün dünyada inflyasiya davam edir:
“Bu da ölkəmizə, xüsusən də özəl sektora təsir edir. Özəl sektorun inkişiafı üçün qohum-qardaşlıqdan uzaq olmalıyıq. Özəl sektor ən azı 5-7 ili planlamalıdır. Qarşımızda olan ən böyük hədəf iqtisadiyyatımızı inkişaf etdirməkdir. Burada da özəl sektor xüsusi yer tutur”.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, iqtisadiyyatın inkişafı neft sektorundan asılıdır:
"Digər tərəfdən qeyri-neft sektoru da bu istiqamətdə müəyyən qədər rol oynayır. Qeyri-neft sektoru öz növbəsində həm özəl, həm də kənd təsərrüfatının inkişafı mühüm amillərdən biridir. Bu baxımdan ölkəmizdə özəl sektoru inkişafı etdirdikcə, istehsalın ixrac potensialı gücləndikcə, yerli istehsal məhsul çeşidlərini gücləndirdikcə iqtisadiyyatımız inkişaf edəcək.Özəl sektorlarda tək problem maliyyə deyil, struktur və idarəetmə problemidir ki, buna görə sahibkarlara böyük dəstək göstərilməsinə ehtiyyac var. Azərbaycanda sahibkarlıq ənənəsi uzunmüddətli deyil. Əsasən müstəqillik dövründən sonra formalaşıb. Bu baxımdan şüphəsiz,ölkədə uğurlu inkişaf edən sahibkarlar var. Amma digər tərəfdən bu genişlənmiş, böyük subyektlərin sayı çox azdır. Düşünürəm ki, özəl sektorun struktlaşmasına,maarifləndirilməsinə, yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün inkişafını geniş şərait yaratmalıyıq. Bu baxımdan gələcək iqtisadi inkişaf özəl sektorun inkişafından bilavəsitə əlaqəlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm