İradlar haqlıdır! - “Mənim pulumu niyə “yedilər?”
Yusif Nəzərli
12:22 03.03.2023
İqtisadiyyat
581
Depozitlərdən əldə olunan gəlirlərdən vergi tutulması əhali arasında ciddi narazılıq yaradıb.
Sosial şəbəkələrdə məsələni müzakirəyə çıxaran şəxslər bu halın bank kartlarında depozit yatırmağa marağı azaldacağını qeyd edib.
Vətəndaşlar haqlı olaraq sual edir ki, depozit olmayan və sadəcə istifadə etmək üçün kartda olan cari hesabımdan niyə 10 faiz vergi tutulur? Axı mən istifadə etmək üçün bir kart almışam və ona pul qoymuşam ki, sadəcə haralardasa onlayn ödəniş üçün istifadə edim.
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, cari hesabdakı vəsaitə depozit xüsusiyyəti verildiyi zaman onun gəliri vergiyə cəlb edilir: “Vətəndaş X bankın debet kartlarını alıb və kartdakı cari hesaba 1000 manat pul qoyub. Bu pul sadəcə cari istifadə üçündür, ya faiz gəlmir, ya da hansısa vergi tutulmur. Amma bir gün vətəndaş eşidir ki, Y bank oxşar bir kart təklif edir və X bankla olan rəqabətdə müştərini qazanmaq üçün elan edir ki, mənim kartıma qoyulan və cari istifadə üçün nəzərdə tutulan vəsaitə illik 5 faiz əlavə verəcəm. Vətəndaş da gedir Y bankın yeni kartını alır. Bir müddət sonra Y bankın kartı olan vətəndaşa SMS gəlir ki, sizdən vergi tutuldu. Bu zaman vətəndaş heç bir vergi tutmayan X bank kartından məmnun, vergi tutulan Y bank kartından narazı qalır.
Amma əslində bu yanlışdır. Ona görə ki, 1000 manat qoyduğun X kartında bir il sonra elə 1000 manat qalır, Y kartındakı 1000 manat isə 1050 manat olur (1000 +5%). Deməli, bank öz kartına depozit xüsusiyyəti verir və buna görə də birinci bankdan fərqli olaraq ikinci bank kartı vətəndaşa 50 manat pul qazandırır. Sadəcə, qanunvericiliyin yeni tələbinə görə, faiz gəlirinin 10 faizi vergiyə cəlb edilir. Yəni gəlir olan 50 manatın 10 faizni vergi tuturlar və Y kartında 1045 manat pul qalır. Vətəndaş isə 1000 manat pul olan X kartından razı, 1045 manat pul olan Y kartından narazı olur. Çünki Y kartı ilə bağlı ona SMS gəlir ki, 5 manat vergi tutuldu. Bu da psixoloji olaraq mənim pulumu niyə “yedilər” iradını yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya