İrandan Azərbaycana gətirilən kartoflar zay çıxdı
22:24 21.09.2021
İqtisadiyyat
561
Təhlükəsizlik məqsədi ilə bu ölkədən gətirilən bütün məhsullara diqqət artırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. AQTA-dan verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən cari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına agentliyin müfəttişləri baxış keçirib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilib və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınıb. Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella - kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib. Karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan öz kartof məhsulunu xarici bazarlara satdığına görə ölkədə kartof çatışmazlığı yaşanır. Ekspert qeyd edib ki, bunun aradan qaldırılması üçün Azərbaycan əsasən İran və Gürcüstandan daha ucuz qiymətə kartof almaq məcburiyyətindədir:
"Ölkəmizdə soyuducu anbarlarının azlığı kartof tədarükünə mənfi təsir göstərir. Həmçinin, kartof tədarükünə mənfi təsir göstərən amillərdən biri də kartoflarda ziyanvericilərin olmasıdır. Bir amili də diqqətinizə çatdırım ki, əvvəllər adətən kəndli məhsulunu daha baha qiymətə satmaq üçün digər ölkələrin sahibkarları ilə müqavilə bağlayırdı. Təbii ki, bunun qarşısını almaq üçün məhsulun kilosuna 1 dollara vergi rüsumu tətbiq edildi ki, ölkədə yetişən kartof digər ölkələrə getməsin. Nəticədə bu, böyük səs-küy yaratdı. Təbii ki, bu, düşünülməmiş addım idi. Çünki sahibkar 5-10 illik digər ölkələrlə müqavilə bağlayır və bu illər ərzində o kartofu yetişdirib həmin bazara çatdırmalı idi. Əlbəttə ki, bu cür qərarlar Azərbaycanda qismən də olsa kartofun tədarükünə mənfi təsir göstərdi".
İqtisadçı vurğulayıb ki, İranla Azərbaycan əlaqələrində Qarabağ məsələsinə görə son günlər bir qədər soyuqluq müşahidə olunur və bu baxımdan da təhlükəsizliyi təmin etmək üçün İrandan gələn mallara diqqət daha da artıb:
"Bilirsiniz ki, İran hökumətinin bəzi qüvvələri bizi müxtəlif formada təhdidlə hədələyirlər. Dövlət isə buna dolayı yolla cavab verməlidir, yəni birbaşa əlaqələrə zərər yetirməməklə. Misal üçün, Rusiya ilə bizim aramızda hər hansı narazılıq olanda Rusiya dövləti bizim məhsulları gömrükdə saxlamaqla, onların sıradan çıxmasına nail olmaq istəyirdi və ya məhsullarımızda hər hansı xəstəlik tapılırdı. Xəstəliyin tapılması nədənsə yalnız narazılıq vaxtına düşürdü. Amma yenə qeyd edirəm ki, ola bilər ki, təhlükəsizlik baxımından sərhədlərimiz gücləndirilib. Bildiyiniz kimi, son zamanlar İran hökuməti təlimlərini bizim sərhədboyu ərazilərdə həyata keçirir. Bu da bizi ilk növbədə diqqətli olmağa sövq edir".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm