İsveçrə şirkəti Baş Plan hazırlayır
Yusif Nəzərli
07:34 07.10.2022
İqtisadiyyat
562
Vüqar Bayramov: "Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin salınmasında istifadə olunan texnologiya tamamilə yenidir"
İsveçrənin "Sapartners Kovari+Kovarı" şirkəti Zəngilan və Kəlbəcər şəhərlərinin Baş Planlarını hazırlayıb. Bu barədə Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlama verən şirkətin təsisçi tərəfdaşı Dunja Kovari məlumat verib: "Baş Planlarda əsas fokus evlərin və məktəblərin tikintisi, dizayn məsələləri ilə bağlıdır. Mən işğaldan azad edilmiş ərazilərdə bir neçə dəfə olmuşam. Bu ərazilər Azərbaycanın ən gözəl parçasıdır və inkişaf etməlidir. İnanıram ki, hazırladığımız layihələr hər kəs üçün faydalı olacaq".
Aparıcı ölkələrə məxsus nüfuzlu şirkətlərin Qarabağda quruculuq-bərpa işlərində iştirakını "Şərq"ə dəyərləndirən millət vəkili Vüqar Bayramov deyib ki, işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması istiqamətində ciddi layihələr həyata keçirilir, genişmiqyaslı işlər görülür: "Qarabağda gedən quruculuq prosesinə xarici və tanınmış ekspertlərin, şirkətlərin cəlb edilməsi, onların bölgədə aktiv şəkildə iştirakı olduqca vacibdir.
Bu, Qarabağda qurulan və yaxın gələcəkdə istifadə veriləcək yaşayış məntəqələrinin müasir çağırışlara uyğun reallaşmasını özündə ehtiva edir. Nəzərə alaq ki, Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər və kənd" layihələrinə uyğun olaraq yaşayış məntəqələri salınıb. Digər mühüm məqamlardan biri müasir şəhərsalma prinsiplərinə uyğun olaraq Qarabağın yenidən qurulmasıdır.
O baxımdan Avropanı və inkişaf etmiş ölkələri təmsil edən aparıcı şirkətlərin şəhərsalma prosesinə cəlb edilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində modern metodlara uyğun yaşayış məntəqələrinin inşasına imkan verəcək.
"Milli Şəhərsalma Forumu" da təsdiq edir ki, Azərbaycanın bu sahədə təcrübəsi region ölkələri üçün də nümunə rolunu oynayacaq. Çünki Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin salınmasında istifadə olunan texnologiya tamamilə yenidir. Bu da işğaldan azad etdiyimiz ərazilərdə şəhərsalmada yeni bir modelin formalaşması deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm