Məhkəmə və hüquq-mühafizə orqanları üçün 2026-cı ildə ayrılacaq vəsait açıqlanıb

Gələn il üçün proqnozlaşdırılan məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün xərclər məlum olub.

APA-nın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 3 milyard 366 milyon 576.866 min manat ayrılması proqnozlaşdırılır.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üçün xərclər 2027-ci ildə 3 milyard 454 milyon 737.4 min manat, 2028-ci ildə 3 milyard 566 milyon 816.4 min manat, 2029-cu ildə 3 milyard 669 milyon 935.3 min manat olacaq.