Mikayıl Cabbarovun müşaviri vəzifəsindən azad edildi

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.

Sherg.az xəbər verir ki, bu barədə APA-ya etibarlı mənbədən məlumat verilib.

Qeyd edək ki, H.Əliyev bundan öncə vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.