Natiq Cəfərli: “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq
Yusif Nəzərli
01:05 28.12.2024
İqtisadiyyat
851
“Mənə 2 vacib problemin həlli ilə bağlı addımlar atılacağını söylədilər”
“Bizim əsas fokus-qrupumuz kiçik-orta sahibkarlardır”
"Ötən gün Mərkəzi Bankın rəhbəri hörmətli Taleh Kazımovla 4 saata yaxın görüşümüz oldu. Bu, ilk dəfə deyildi. Mərkəzi Bank yaxşı bir ənənə yaradıb, iqtisadçılarla, ekspertlərlə tez-tez görüşlər keçirib fikirlərimizi soruşur, tənqidlərimizə diqqətlə qulaq asırlar. Bu dəfə də səmimi, açıq, zaman-zaman maraqlı mübahisələrlə, fikir mübadilələri ilə dolu görüş oldu".
Bu barədə ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
Partiya rəhbəri bildirib ki, o, 3 məsələ qaldırıb, hər biri ilə bağlı cavablar alıb:
"Hətta 2 vacib problemin həlli ilə bağlı yaxın günlərdə addımlar atılacağını da söylədilər. Son günlər aqrar məhsullar ixrac edib vəsaitin tamamını və ya bir qismini ölkəyə gətirməyən, ya da gətirə bilməyən iş adamlarına qarşı kütləvi şəkildə cinayət işləri açılır, onlarla şəxs saxlanılıb və ya istintaq altındadır. Son aylar ölkədə yeni bir fenomen - “pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq ki, bu da sevindiricidir. Bizim əsas fokus-qrupumuz kiçik-orta sahibkarlardır. Onların güclənməsi, ayaqda möhkəm dayanmaları ölkənin də güclənməsi deməkdir. Buna inanırıq, onların hüquqlarını müdafiə etməkdə davam edəcəyik. Son zamanlar ölkədə minlərlə vətəndaş ölkə banklarının təklif etdiyi "online" platformalar “app”-lər vasitəsilə qiymətli kağızlar bazarında alqı-satqı edirlər, bu trend getdikcə artır. Amma hələ ki, bu əməliyyatların vergilərə cəlbi mexanizmi, yumşaq desəm, mükəmməl deyil, ciddi boşluqlar var, belə davam etsə, bir müddət sonra “app məhbusları” yaranacaq. Sonuncu məsələ, gələn il büdcədə neftin qiymətinin 70 dollar götürülməsinin riskli olması, manatın məzənnəsinə basqı yaradacağını söylədim. Taleh müəllimin yanaşması belə oldu ki, risklər idarəolunandır, devalvasiya təhlükəsi yox səviyyəsindədir. Mərkəzi Bank devalvasiya istəmir və çox güman, 2025-də belə bir təhlükə görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya