Nazir: Gürcüstanın iki aylıq taxıl ehtiyatı var
23:33 27.11.2021
İqtisadiyyat
575
Gürcüstana rekord həddə un gətirilməsinə baxmayaraq, buğda ehtiyatları beynəlxalq standartlar daxilindədir. Ölkədə iki aylıq taxıl ehtiyatı var. Təkcə oktyabr ayında ölkəyə 30 min ton buğda gətirilib. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili söyləyib.
Onun sözlərinə görə, beynəlxalq bazarlarda buğdanın qiyməti yay aylarından qalxmağa başlayıb. Beş ayda bir ton buğdanın qiyməti 240 dollardan 350 dollara yüksəlib. Ona görə də gürcü dəyirmanlarına un istehsal etmək artıq sərfəli deyil. Digər tərəfdən, Gürcüstanın ən böyük buğda tədarükçüsü olan Rusiyanın tətbiq etdiyi gömrük tarifinin artması səbəbindən taxılın qiyməti də artır. Ölkə unun da böyük hissəsini Rusiyadan idxal edir, lakin bu məhsuldan ixrac rüsumu alınmır.
Bildirilib ki, ilin əvvəlindən oktyabr ayınadək ölkəyə 67,8 milyon dollar dəyərində 282,8 min ton taxıl idxal olunub. Bu da əvvəlki illə müqayisədə 15,6 faiz azdır. Yanvar-sentyabr ayları ərzində ölkəyə buğda unu idxalı iki dəfə artıb. Son 9 ayda 4,9 milyon dollar dəyərində 16,4 min ton buğda unu gətirilib. Bu da, 2020-ci illə müqayisədə 115,5 faiz çoxdur.
Nazir deyib ki, il ərzində ölkədə 700-800 min ton taxıl istehlak olunur. Bunun yalnız 10 faizi ölkədə istehsal edilir, qalanı isə Rusiya, Qazaxıstan, Ukrayna və ABŞ-dan gətirilir.
“Gürcüstanın idxal etdiyi buğdanın 70 faizi Rusiyanın payına düşüb. Ona görə ki, Rusiyadan alınan buğdanın qiymətləri Gürcüstan üçün daha sərfəli olub”, – deyə Davitaşvili vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı
15:14 26.10.2026
Elm və Təhsil