Neft yenidən ucuzlaşacaq? - İZAH
Fidan Həmişəyeva
13:59 23.07.2020
İqtisadiyyat
1123
“Qarşıdakı həftədə bir sıra ölkələrin öz neft hasilatını artıracağı xəbərləri gələcək”
“Bu, neftin qiymətinin bahalaşmasına bir maneədir”
“Brent” markalı neftin qiyməti 44 dolları keçib. Dünyada neft qiymətləri son bir həftə ərzində ABŞ-ın xam ehtiyatlarının gözlənilməz artımından sonra qalxmağa başlayıb.
Məlumata görə, “Brent” markalı Şimal Dəniz neft qarışığının sentyabr fyuçerslərinin qiyməti 0,27 faiz artaraq, bir bareli 44,41 dollar təşkil edib. WTI markalı neftin sentyabr fyuçersləri 0.31 faiz bahalaşaraq, bir bareli 42,03 dollara çatıb.
Neftin qiymətinin artmasında əsasən iki amilin rol oynadığını deyən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a açıqlamasında bildirib ki, qiymət artımının ilk səbəbi Avropa Birliyi ölkələrində “COVİD-19”un iqtisadiyyata təsirlərinin aradan qaldırılmasına dair razılığın əldə edilməsidir. Ekspert vurğulayıb ki, neftin qiymətinin bu qədər artması, sanki, qazın üstündə qoyulan qazanın altındakı dərəcəsini birə -beş artırmaqdır:
“Amerikada Konqres iqtisadiyyata dəstəklə əlaqədar 1 trilyon dollarlıq yeni paket irəli sürüb. Belə hallar olanda investorlar baxırlar ki, böyük maliyyə yardımları tapılır və bu yardımlar iqtisadiyyata yönəldilir. İqtisadiyyat bu yardımları həzm etməyə başlamalıdır. Həzm etmək üçün də enerji lazımdır. Kapitalizm dünyası Azərbaycanda çox fərqlidir.
Çünki biz hələ faktiki olaraq keçid dövründə və sosializm ab-havasında yaşayırıq. Kapitalizm dünyasında başqa məsələlər var. Real sektor işləyir və maliyyə qurumlarından real sektora çıxış əldə edən kimi bir gün də gözləmədən resurslar iqtisadiyyatda dövr etməyə başlayır. Nəticədə neftin qiyməti artır”.
İqtisadçının sözlərinə görə, dünən neftin qiyməti 44.75dollar həddində idi. Sonra isə aşağı düşdü, yəni 45 dollara çatmadı:
“Çünki xəbərlər var ki, avqust ayında OPEK hasilatı 2 milyon barel artıracaq. Dünya iqtisadiyyatının bu həcmi necə həzm edəcəyi bilinmir. Neftin qiymətinin artımını sərgiləyən amillərdən biri budur. Ona görə də neftin qiymətinin 45-50 dollar dəhlizinə keçid etməsi çox yaxşı olardı.
Qarşıdakı həftədə bir sıra ölkələrin öz neft hasilatını artıracağı xəbərləri gələcək. Bu, neftin qiymətinin bahalaşmasına bir maneədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm