
“Neftin qiyməti yenə yüksələ bilər”
Yusif Nəzərli
11:43 12.08.2022
İqtisadiyyat
658
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,21 ABŞ dolları və ya 3,3 faiz artaraq 99,76 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Dünyada yanacaq xammalının qiymətinə təsir edən amillərin sürətlə dəyişdiyini deyən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban "Sherg.az"a bildirib ki, ümumiyyətlə pandemiyadan sonra hansısa bir investisiya bankının, beynəlxalq maliyyə institutlarının, enerji mərkəzlərinin qısa proqnozlarının özünü praktikada doğrultduğuna rast gəlinməyib:
“Vəziyyəti analiz etsək görərik ki, neftin qiyməti ay yarım öncə 125 dollar idi. Ötən həftə isə, ən ucuz partiya 93 dollar ətrafında satıldı. Görürük ki, təxminən 30 dollar civarında eniş olub. Neftin qiyməti bundan sonra yenə də, arta bilərmi? Niyə də, yox. Tutalım ki, Rusiya Ukraynaya, Polşaya, yaxud Amerikanın hansısa bazasına iki nüvə zərbəsi endirdi. Burada 125 dollar artaraq 325 də ola bilər. Çünki qazın qiymətinin 2 min dolları aşmasını adam yatsa yuxusunda belə görə bilməzdi. Adətən, bu qiymət vəziyyətdən asılı olaraq 300-500 dollar arasında dəyişirdi".
Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsinin neftin qiymətinin dəyişməsində böyük rolu var:
"Artıq Ukrayna ordusu Xerson vilayətini azad edib. Rus silahlıları isə, Donbaskda dayanıb. Bu hal 1994-cü ildən sonrakı Azərbaycan-Ermənistan münaqişəsi kimi ümumi nüansları dəyişməyən hərbi, siyasi vəziyyətə gətirib çıxarır. Təbii ki, siyası gərginlik növbəti aylara nəzərən kifayət qədər azalmış olur. Belə olan təqdirdə , Səudiyyə Ərəbistanı, Liviya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, bazara 5 milyon barel əlavə neft çıxardı. Bununla da, Rusiyanın Qərb bazarında satdığı 3 milyon barel neft artıqlaması ilə əvəzləndi. Hər şey bu vəziyyətdən aslıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil