Neftin ucuzlaşması gələn il də baş verməyəcək
Neftin ucuzlaşması gələn il də baş verməyəcək
Yusif Nəzərli
11:16 10.09.2022
İqtisadiyyat
620
Enerji bazarında risk səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir
"OPEC+" ölkələrinin təşkilatı üzrə texniki komitə 2023-cü ildə defisit də yarana biləcəyini açıqlayıb"
Dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri ilə bağlı qeyri-müəyyənlik davam edir. Söhbət volatillikdən, yəni aşağı və yuxarı doğru oynamalardan gedir. Hazırda neftin dünya bazar qiymətləri 100 dollardan aşağıdır. Əslində, qiymətlər yenə bahadır. Belə ki, 1 barelin 90 dollardan yuxarı təklifi ucuz deyil. Lakin heç bir təminat yoxdur ki, qiymət birdən-birə bundan da baha olmasın, yaxud da 80 dollardan aşağı düşməsin. Yəni enerji bazarında risk səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir.
İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, qiymətlərin 100 dollardan aşağı düşməsinin səbəbi aydındır. Analitikə görə, dünya iqtisadiyyatında proseslər müsbət istiqamətdə inkişaf etmir:
"Artım getdikcə daha az səviyyədə proqnozlaşdırılır. Bu da iqtisadi əlaqələrin zəifləməsi, enerjidaşıyıcıları üzrə alış-verişin dalana dirənməsi, inflyasiya və bahaçılıqla əlaqədardır. Səbəb isə aydındır: Rusiya-Ukrayna müharibəsi. Lakin qiymətlərin daha çox ucuzlaşacağı hələki gözlənilmir. Hətta ehtimal var ki, bu, gələn il də baş verməyəcək. "OPEC+" ölkələrinin təşkilatı üzrə texniki komitə 2023-cü ildə defisit də yarana biləcəyini açıqlayıb. Növbəti ildə bazarlarda, guya ki, sutkada 300 min barel neft çatışmazlığı ortaya çıxacaq. Sual yaranır ki, bəs, sözügedən quruma aid ölkələr hasilatı getdikcə artırmaqla məşğul deyillərmi?! Bəli, elədir. Lakin məsələ bundadır ki, bəzi texnoloji baryerlər bütün imkanlardan istifadəyə imkan yaratmır. Bu səbəbdən "OPEC+" ölkələri hasilat sahəsində hələ heç pandemiyaya qədərki vəziyyəti belə bərpa edə bilmirlər. Halbuki, dünyada ümumi neft hasilatının 2/3 hissəsinin yükünü daşıyan qurum hər ay sutkada 400 min barel artım həyata keçirir".
Ekspert xatırladıb ki, pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində 2020-ci ilin mayında sutkada 9,7 milyon barel, təxminən 10 faiz azalmaya gedilmişdi: "Cari ilin bu ayının sonunda "OPEC+" ölkələri üzrə hasilata qoyulan bütün məhdudiyyətlər aradan götürüləcək. Bununla belə, yenə də qiymət barədə konkret proqnoz irəli sürmək mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya