Nəyimizə lazımdır İranın kartofu...
00:36 24.09.2021
İqtisadiyyat
967
Azərbaycan öz daxili tələbatını özü ödəməlidir
"Gədəbəy, Tovuz, Cəlilabad və digər bölgələrimizdə kifayət qədər normal kartof məhsulu yetişdirə bilərik"
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, bununla əlaqədar agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.
Qonşu ölkələrlə, əsas da ticarət partnyorlarıyla münasibətlərin gərginləşməsində heç bir fayda görmədiyini deyən iqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında qeyd edib ki, əgər iki ölkənin müvafiq karantin qurumları qarşılıqlı olaraq verilən sənədləri tanıyırlarsa, o zaman belə addımlar atılmamalıdır. Ekspert qeyd edib ki, Rusiya kimi dövlətlər, adətən bundan ticarət partnyorlarına qarşı siyasi təzyiq aləti kimi istifadə edir:
"Bu cür hadisələr hər zaman yaşanır, yəni birinci dəfə deyil. Ona görə də Rusya sivil dünya üçün normal dövlət kimi qəbul olunmur. Düzdür, İran qonşu ölkələrlə ticarət əlaqələrinin gücləndirilməsində maraqlıdır. Təbii ki, obyektiv olaraq məhsulda hər hansı bir zərərvericilər aşkarlanıbsa, o zaman bu, başadüşülən məsələdir. Ancaq əgər bu, hər hansı bir məqsədli xarakter daşıyırsa, o zaman mənim buna bir iqtisadçı kimi münasibətim mənfidir. Hesab edirəm ki, İran da öz növbəsində bizim ticarətçilərə, şirkətlərə hər hansı bir məhdudiyyət qoymamalıdır. Onu da qeyd edim ki, hökumətlərarası komissiya var. Hesab edirəm ki, belə məsələlərdə onlar tez bir zamanda araşdırma aparmalı və müvafiq qurumlara bu cür halların gələcəkdə təkrar olunmamasını tövsiyə etməlidirlər ki, bundan ayrı-ayrı sahibkarlar ziyan çəkməsinlər. Bu baxımdan hesab edirəm ki, biz suveren müstəqil dövlət olaraq ərzaq təhlükəsizliyimizlə bağlı müstəqil addım ata bilərik. Ancaq bu, qarşı tərəfdə qıcıq doğurmamalıdır və anlaşılmalıdır. Əgər burda hər hansı bir subyektiv amillər varsa, bu subyektv amillərə səbəb olan insanlar cəzalandırılmalıdır".
N.Bəydəmirli əlavə edib ki, müxtəlif qurumlar hər hansı bir sahibkarı sıradan çıxartmaq üçün də belə addımlar ata bilir:
"Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan öz daxili tələbatını ilk növbədə özü ödəməyə çalışmalıdır. Biz illər boyu Belarusdan, Rusiyadan və digər yerlərdən kartof məhsulu almışıq.
Halbuki, Gədəbəy, Tovuz, Cəlilabad və digər bölgələrimizdə kifayət qədər normal kartof məhsulu yetişdirə bilərik. Ancaq obyektiv səbəblərdən pay torpaqları almış vətəndaşlarımız iqtisadi miqrasiya ediblər.
Kəndlərdən, rayonlardan Bakıya və digər bölgələrə köç ediblər. Yəni soydaşlarımız müxtəlif səbəblərdən torpaqlarını əkmir və buna görə də ölkədə adi kartof məhsulu da idxal olunur".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm