“Nikkei” qəzeti: Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artırır
12:23 09.10.2022
İqtisadiyyat
494
Yaponiyanın iqtisadi dairələrində geniş nüfuza malik olan “Nikkei” qəzeti Azərbaycanın Avropaya qaz kəmərinin buraxılışını iki dəfə artıracağı barədə xüsusi məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, yapon dilində yazılan məqalənin müəllifi qəzetin İstanbul müxbiri Momoko Kiteradır. Müəllif qeyd edir ki, Xəzər dənizinin sahillərində yerləşən və zəngin təbii ehtiyatlara malik olan Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artıracaq. Bu barədə oktyabrın 6-da tranzit ölkə olan Türkiyə ilə razılıq əldə edilib.
Məqalədə xatırladılır ki, Yunanıstan və Bolqarıstan arasında qazın nəql olunduğu kəmər cari ayın əvvəllərində istifadəyə verilib. Qeyd edilir ki, Avropa bununla qaz təchizatı xəttini şaxələndirməyi və qaz təchizatında bir ölkədən asılılığı aradan qaldırmağa çalışır.
Bildirilir ki, əldə edilmiş razılaşmaya əsasən, Türkiyə ərazisindən keçən qaz kəmərinin gücünün iki dəfə artırılaraq ildə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu barədə oktyabrın 6-da Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməzin məlumat verdiyi qeyd edilir.
Məqalədə 2020-ci ilin sonlarında Azərbaycan qazını Yunanıstana və İtaliyaya çatdıran Cənub Qaz dəhlizinin kommersiya fəaliyyətinə başladığı xatırladılır. Cari il oktyabrın 1-də kəmərin Yunanıstana və Bolqarıstana ildə 1 milyard kubmetr qaz çatdıran yeni qolunun istifadəyə verildiyi bildirilir.
Avropa komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin sözləri sitat gətirilir: “Bu kəmər Bolqarıstan və Avropa üçün oyunun şərtlərini dəyişəcək”.
Məqalədə cari ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında qaz təchizatının illik ötürülmə gücünün 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması barədə də razılaşma əldə olunduğu qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri sitat gətirilir: “Biz, həmçinin bir neçə yeni qaz yatağında da hasilata başlayacağıq”.
Məqalədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Azərbaycandan Avropaya qaz təchizatının 2022-ci ildə 12 milyard kubmetrə çatdırılacağı barədə fikirlərinə yer verilir və bunun 2021-ci il göstəricisindən 31 faiz çox olduğu vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm