Ötən ay Azərbaycanda inflyasiyanın kəskin azalmasının səbəbi açıqlanıb - Rəsmi
Yusif Nəzərli
06:55 27.02.2024
İqtisadiyyat
541
Ötən ay Azərbaycanda illik inflyasiya 1.7% təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar ayında 12.5%, ötən ilin yanvar ayında isə 13.6% təşkil edib. Ötən ay ölkədə illik inflyasiyanın kəskin enməsinə nə təsir edib?
"APA-Economics"in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirib ki, 2023-cü il ərzində ölkəmizdə inflyasiyada əvvəlki illə müqayisədə azalma davam edib.
"Belə ki, 2023-cü ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1.7%-ə enib", - deyə qeyd olunub.
Nazirlikdən həmçinin bildirilib ki, eyni zamanda, 2023-cü il ərzində orta illik inflyasiya (2022-ci ilin göstəricisi ilə müqayisədə 5,1 faiz bəndi azalaraq) 8,8 faiz təşkil edib:
"Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.
Qeyd edilənlərlə yanaşı, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir edib.
Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” və “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyaya azaldıcı təsir göstərib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya