
Potensiallarla reallıqlar arasında kəskin fərq var-Rəy
Yusif Sultanoğlu
07:00 21.11.2023
İqtisadiyyat
666
İraqla Azərbaycan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti qənaətbəxş hesab edilə bilməz
İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Noyabrın 20-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub. Bakıda rəsmi səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanla turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirmək arzusunda olduğunu bildirib: “Azərbaycan və Avropa şirkətləri və iş adamları İraq bazarına sərmayə qoyacaqlar. Ölkəmizin hökuməti bu istiqamətdə imkanların yaradılmasında maraqlıdır. İraqın əsas prioritetləri təhlükəsizlik və sabitliyin qorunması, xalqa xidmət, infrastrukturun qorunması, iqtisadiyyatın səviyyəsinin artırılması və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün investisiyalardır".
İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, İraqla Azərbaycan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti qənaətbəxş hesab edilə bilməz:
“İraq Prezidentinin Azərbaycana rəsmi səfərinin məqsədləri arasında siyasi səbəblərin yer alması şübhəsizdir”.

E.Əmirovun sözlərinə görə, 2012-ci ildə özünün tarixi zirvəsinə qalxan ticarət dövriyyəsi 418 milyon dolları keçib. İqtisadiyyatın yaxşı dönəmləri hesab edilən pandemiyadan əvvəlki 2018-2019-cu illərdə isə ticarət dövriyyəsi 14 milyon dollara qədər enib:
“Ötən il isə bu göstərici cəmi 29 milyon dollardan bir qədər artıq olub. Potensiallarla reallıqlar arasında kəskin fərq var. Bu potensialın gercəkləşdirilməsi üçün imkanlar da mövcuddur. Bu gün 3 nazirlik və bir Agentlik rəhbərlərinin iştirakı ilə tərəfdaşlığa dair sənədlər imzalansa da, İraq prezidentinin iqtisadi yöndə fikirlərini dinlədikdə aydın hiss etmək olur ki, o da bütün ölkə rəhbərləri kimi ölkəsinə investisiya cəlb etməkdə maraqlıdır. İraqın iqtisadi potensialını və real investisiya qəbul edəcək sahələri nəzərdən keçirdikdə ilk düşünülən İraq neft sənayesinin inkişafında Azərbaycanın rolunun artırılmasıdır. Bu da digər sahələrdə əməkdaşlığın genişlənməsinə imkan verən amil kimi qiymətləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm